Cümə Axşamı 23 Noyabr 2017
Yenilənib Şənbə 23 May
Şrift ölçüsü :  

Azərbaycan Ordusu itki verib

Azərbaycan Respublikası Ordusu hərbçisini itirib. APA-nın verdiyi məlumata görə, erməni silahlı bölmələrinin atəskəs rejimini pozması nəticəsində xidməti vəzifələrini yerinə yetirən Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu, gizir Əlizadə Şahmurad Hilal oğlu şəhid olub.
Azərbaycan-Ermənistan atəşkəs dövründə vasitəçilik missyanı üzərinə götürən ATƏT-in Minsk Qrupunun həmsədrləri Ermənistanın atəşkəsi pozmasını qabaqlaya və işğalın davamını dayanadıra bilməyib.
ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta bir gün əvvəl bildirib ki, ATƏT-in Minsk qrupu həmsədrləri Ermənistan və Azərbaycan xarici işləri nazirləri ilə daim təmasdadırlar: “Onlar çalışırlar ki, prezidentlərin görüşünü təşkil eləsinlər. Əsas məqsəd tərəfləri bir araya gətirməkdir”.




Bəyəndim - 
Şərh - 
Paylaş - 
E-mail - 
Pdf formatında yüklə - 
Çap et
Tarix: 2015-04-16 10:10:14 | Kateqoriya: Qarabağ | İzlənilib: 264 | Bəyənib: 0