Çərşənbə 20 Sentyabr 2017
Yenilənib Şənbə 23 May
Şrift ölçüsü :  

Azərbaycan narazı; Minsk Qrupu çox da razı

Azərbaycan Respublikası prezidenti Avropadan gileylənərək, deyib: “Avropa İttifaqı Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı konkret mövqe nümayiş etdirmir”. APA-nın məlumatına görə, Azərbaycan prezidenti İlham Əliyev Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Herbert Salberin başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən, Azərbaycan torpaqlarının 20 faizdən çoxunun işğala məruz qaldığını və bu vəziyyətin uzun illər davam etdiyini, atılan addımların heç bir nəticə vermədiyini qeyd edib.
Prezident İlham Əliyev bildirib ki, danışıqlar masasında irəli sürülən təşəbbüslərə əngəllər yaradan Ermənistan təmas xəttində müxtəlif silahlı təxribatlar törətməklə mövcud status-kvonu saxlamağa çalışır. Dövlət başçısı Avropa İttifaqının münaqişənin həlli ilə bağlı konkret mövqe nümayiş etdirməməsini də təəssüflə qeyd edib.
Görüşdə regiondakı prosesləri yaxından izlədiklərini bildirən H. Salber təmas xəttindəki vəziyyətdən narahat olduğunu, münaqişənin həll olunmasına hazırda həmişəkindən daha çox ehtiyac duyulduğunu deyib.
Bu arada Azərbaycan Prezident Administrasiyası xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov aprelin 29-da Bakıda keçirilən III Qlobal Açıq Cəmiyyətlər Forumunda deyib ki, Dağlıq Qarabağ problemi ATƏT-in Minsk Qrupunun monopoliyasına çevrilib: «Bu məsələ ATƏT-in Minsk Qrupunun monopoliyasına çevrilib. Bilə-bilə ki, Minsk Qrupu bu problemi həll edə bilməz».

Prezident Administrasiyası rəsmisinin fikrincə, vaxtilə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ədalətli qərar olsaydı, ondan sonrakı münaqişələr də olmazdı:

Rusiya xarici işlər nazirinin müavini, XİN-in stats-katibi Qriqori Karasin Minsk Qrupunun tərkibində dəyişiklik ehtimalına reaksiya olaraq, APA-ya müsahibəsində bildirib ki, Rusiya ATƏT-in Minsk Qrupunun həmsədri kimi bildirir ki, münaqişənin tənzimlənməsi tərəflərdən asılıdır.

Qriqori Karasin hesab edir ki, Qarabağ məsələsinin həssaslığı nəzərə alınaraq ATƏT-in Minsk Qrupunun formatını dəyişdirmək cəhdləri danışıqlar prosesinin pozulmasına və tərəflərin mövqelərində geriləmələrə gətirib çıxara bilər.

Bəyəndim - 
Şərh - 
Paylaş - 
E-mail - 
Pdf formatında yüklə - 
Çap et
Tarix: 2015-04-29 16:45:23 | Kateqoriya: Qarabağ | İzlənilib: 392 | Bəyənib: 0