Şənbə 23 Sentyabr 2017
Yenilənib Şənbə 23 May
Şrift ölçüsü :  

Ayətullah Cənnəti: ABŞ nüvə müzakirələrində İran xalqından intiqam almaq istəyir

Tehranın cümə namazı xətibi Amerikanın nüvə müzakirələrində İran xalqından intiqam almaq niyyətində olduğunu bildirib. Tehranın cümə namazı xətibi Ayətullah Əhməd Cənnəti İran və 5+1 qrupu arasında nüvə müzakirələrinin davam etməsinə işarə eədərk, deyib: Amerika İran İslam Respublikası və İslamdan uzun illər zərbə alıb. Buna görə də nüvə müzakirələrində intiqam almağa çalışır.
Ayətullah Cənnəti əlavə edib: Nüvə anlaşması ilə ABŞ-ın İran İslam Respublikasına qarşı fitnələrinin sona çatacağını düşünmək sadəlövhlük olardı. Qərb, xüsusilə də Amerika İran iqtisadiyyatı və siyasətinin nəbzini öz əlinə almağa çalışır.
Tehranın cümə namazı xətibi "Allaha iman", "xalqa inam" və "İslam yolu"nu Qərb ölkələri ilə müzakirələrdə 3 önəmli ünsür adlandırıb və deyib: iranlı müzakirəçilər bu prinsipləri diqqət mərkəzində saxlamalıdırlar.
Ayətullah Cənnəti müzakirələrin gedişində Amerikaya ümidvar olmağı mənasız və puç bir xəyal adlandırıb və deyib: düşmən islami İranın təslim olması ardıncadır. Amma, bilmir ki, İran xalqı qüdrət, müqavimət və şücaət dərsini İmam Hüseyn(ə)-dan öyrənib.
Tehranın cümə namazı xətibi daha sonra Amerikanı Fələstin, Suriya, İraq və Yəmənin bütün bədbəxtliklərinin başlıca amili adlandırıb və deyib: Amerika insanları diri-diri yandıran, qadın-uşaq, qoca-cavan demədən insanlara qarşı amansız vəhşiliklər törədən İŞİD terror qruplaşmasını yaradan Amerikadır.
Ayətullah Cənnəti həmçinin, Ərəbistanın Yəmənə olan hücumlarını pisləyib və deyib: Ali-Səud zəmanətin tağutu və Fironudur və daim məzlumlara edilən zülmün arxasında dayanır.
Tehranın cümə namazı xətibi İran İslam Respublikasının daim məzlumları himayə etdiyini və zülm ilə düşmən olduğunu deyərək, ümidvarlıq edib ki, Ali-Səudun Məkkə və Mədinə üzərindəki hakimiyyəti tezliklə başa çatmış olsun.
Ayətullah Cənnəti həmçinin, şiələrin 3-cü imamı, İmam Hüseyn(ə)-ın mövlud günü münasibətilə dünya şiələri və azadələrini təbrik edib və deyib: İmam Hüseyn(ə) bəşəriyyət tarixində izzət, qüdrət, şücaət və şəhadətin simvoludur.
Bəyəndim - 
Şərh - 
Paylaş - 
E-mail - 
Pdf formatında yüklə - 
Çap et
Tarix: 2015-05-22 14:03:18 | Kateqoriya: İran | İzlənilib: 258 | Bəyənib: 0