Şənbə 23 Sentyabr 2017
Yenilənib Şənbə 23 May

Əlaqədar



watch now!

Şrift ölçüsü :  

Amano: Nüvə texnologiyası xərçəng xəstəliyini müalicə etmək gücündədir

Səhər TV, xəbərlər—“Nüvə texnologiyası xərçəng xəstəliyini müalicə edə bilər”. İRNA-nın məlumatına görə, bunu Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş direktoru Yukio Amano Vyana şəhərində keçirilən xərçəng xəstəliyi ilə mübarizənin ildönümü günü iclasında deyib.

Nüvə enerjisi və kimyəvi müalicə metodundan istifadə etməklə xərçəng xəstəliyinin müalicəsinin vacibliyini vurğulayan Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş direktoru Yukio Amano deyib: Nüvə texnologiyasından faydalanmaqla bu xəstəlik nəticəsində baş verən ölüm hallarının çoxunun qarşısı alına bilər.

Agentliyin rəhbəri bildirib: Hazırda bütün dünya ölkələri, istər inkişaf etmiş, istərsə də inkişaf etməkdə olan ölkələr bu xəstəliklə mübarizə üçün modern metod və texnologiyaları əldə etməlidirlər.

“Hal-hazırda xərçəng xəstəliyindən əziyyət çəkənlərin 70%-i inkişaf etməkdə olan ölkələrdədir” –deyə Amano bildirib.

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş direktoru əlavə edib: Bu ölkələrdə imkanlar və təlim keçmiş qüvvələrin olduğu halda bu xəstəliyin bir çox hallarının qarşısı alına bilər.

Yukio Amano bildirib: Atom Enerjisi üzrə Beynəlxalq Agentlik bir çox beynəlxalq təşkilat, o cümlədən Ümumdünya Səhiyyə Təşkilatı ilə birgə nüvə və kimyəvi müalicə metodlarından istifadə ilə bu xəstəliyin diaqnozu və müalicə imkanlarına şəraitin yaradılması üçün səylərə başlamışdır.


Bəyəndim - 
Şərh - 
Paylaş - 
E-mail - 
Pdf formatında yüklə - 
Çap et
Tarix: 2015-02-05 08:27:25 | Kateqoriya: Səhiyyə | İzlənilib: 366 | Bəyənib: 0