Çərşənbə 20 Sentyabr 2017
Yenilənib Şənbə 23 May
Şrift ölçüsü :  

ABŞ İsrailə 1.87 milyard dollarlıq silah verir

ABŞ-ın Müdafiə Nazirliyi İsrailə 1.87 milyard dollarlıq silahın verilməsindən xəbər verib. Beynəlxalq Səhər Kanalının Sputnik informasiya agentliyinə istinadla verdiyi məlumata görə, Pentaqon İsrailə modern silahlar və raketlərin idarə edilməsi sisteminin verilməsi ilə bağlı bir layihə hazırlayaraq, ABŞ Konqresinə təqdim edib.
Bu layihənin qəbul olunacağı təqdirdə İsrail rejimi 750 ədəd "Banker Baster" raketi, 3 min "Helifayr" raketi, 250 ədəd orta mənzilli hava-hava raketi və 4100 idarəedilən bomba almış olacaq. Bu müqaviləyə 14500 raket idarəetmə sistemi də daxildir. Bu sistem idarəetməyə malik olmayan raket və bombaların GPS ilə təchiz edilməsinə imkan verir.
ABŞ-ın Müdafiə Təhlükəsizliyi Əməkdaşlıqları Agentliyi bir bəyanat yayaraq, bildirib: Vaşinqton Təl-Əvivin təhlükəsizliyinə xüsusi önəm verir və İsrailin müdafiə qüdrətinin artırılması ilə ABŞ-ın da mənafeyi təmin edilmiş olacaq.
İsrail rejimi hər ilə Amerikadan 3 milyard dollar hərbi yardım vəsaiti alır. Bu yardımın böyük bir hissəsi Amerikadan silah alışına ayrılmalıdır.
İsrail rejiminin Qəzzəyə qarşı 51 günlük təcavüzləri zamanı 2310 fələstinli mülki ABŞ-ın İsrailə verdiyi istiqamətləndirilən raketlər ilə şəhid edilmişdi. Bu cinayətin qurbanları arasında 508 qadın və 463 uşaq da var idi.
Bəyəndim - 
Şərh - 
Paylaş - 
E-mail - 
Pdf formatında yüklə - 
Çap et
Tarix: 2015-05-22 09:51:40 | Kateqoriya: Fələstin | İzlənilib: 316 | Bəyənib: 0