Çərşənbə Axşamı 21 Noyabr 2017
Yenilənib Şənbə 23 May
Şrift ölçüsü :  

ABŞ iddia edir: İran Bici neftayırma zavodunun azad edilməsi əməliyyatında iştirak edib

ABŞ-ın hərbi rəsmiləri iddia edirlər ki, İraqın Bici neftayırma zavodunun İŞİD-in işğalından azad edilməsi əməliyyatında İran Silahlı Qüvvələri də iştirak edib. Beynəlxalq Səhər Kanalının məlumatına görə, ABŞ-ın hərbi rəsmiləri iddia ediblər ki, İran İraqda mühüm bir neftayırma zavodunun İŞİD-in işğalından azad edilməsi əməliyyatında iştirak edib və əsasən ağır silahlar və artilleriya bölmələrinə aid qüvvələrini İŞİD-ə qarşı əməliyyatda İraq ordusuna dəstək verməyə cəlb edib.
ABŞ-ın iki hərbi rəsmisi iddia ediblər ki, İraqın Bici neftayırma zavodunun azad edilməsi əməliyyatında İran Silahlı Qüvvələri aktiv və hücum xarakterli iştiraka malik olub.
ABŞ-ın bir hərbi rəsmisi də deyib: İranlılar artilleriya, 122 milli metrlik raket qurğuları və kəşfiyyat təyyarələri ilə İŞİD-ə qarşı əməliyyatda İraq qüvvələrinə dəstək veriblər.
İran İslam Respublikası dəfələrlə bildirib ki, İraq dövlətinin istəyi əsasında İŞİD ilə mübarizədə İraq silahlı qüvvələrinə hərbi məsləhətçi və müstəşar qismində dəstək verir və İranın Silahlı Qüvvələri birbaşa olaraq İŞİD ilə savaşda iştirak etmir.
Bəyəndim - 
Şərh - 
Paylaş - 
E-mail - 
Pdf formatında yüklə - 
Çap et
Tarix: 2015-05-23 09:14:38 | Kateqoriya: İran | İzlənilib: 230 | Bəyənib: 0