Çərşənbə Axşamı 21 Noyabr 2017
Yenilənib Şənbə 23 May
Şrift ölçüsü :  

40 İŞİD-çi öldürülüb

Orta və yuxarı sıralarından olan 40 İŞİD-çi dünən gecə Rəmadi şəhərindəki böyük məsciddə beyət alan zaman bir hava hücumu nəticəsində ölüb, çoxlu sayda İŞİD-çi də yaralanıbdır. Səhər kanalının məlumatına görə, Bağdadda bir təhlükəsizlik mənbəyi deyib ki, terrorçu İŞİD qrupu dünən gecə Rəmadinin ən iri məscidi olan əl-Dövlə əl-Kəbir məscidində bu qrupun başçılarından birinə beyət almaq məqsədilə bir mərasim təşkil edibmiş və oraya çoxlu sayda İŞİD-çi toplaşmıbmış. Qeyd olunan mənbə İŞİD başçılarının toplaşdığı məscidə qarşı hücumun kim tərəfindən həyata keçirilməsi barədə məlumatsız olduğunu bildirib.
İŞİD bir ay bundan öncədən başladığı hərəkətlərin ardınca ötən həftənin şənbə günü İraqın əl-Ənbar vilayətinin mərkəzi olan Rəmadi şəhərini işğal etdi.
Əlhəşd və Əlşəəbi adlı xalq müqavimət qüvvələrindən ibarət qruplar ordu və təhlükəsizlik qüvvələrinə dəstək vermək üçün məntəqəyə göndəriliblər.
Bəyəndim - 
Şərh - 
Paylaş - 
E-mail - 
Pdf formatında yüklə - 
Çap et
Tarix: 2015-05-23 07:13:17 | Kateqoriya: Dünya | İzlənilib: 200 | Bəyənib: 0