Cümə Axşamı 21 Sentyabr 2017
Yenilənib Şənbə 23 May
Şrift ölçüsü :  

Təhlil- Amerikanın tamahkarlığı; nüvə razılaşması yolunda əsas maneə

30 iyun, İran ilə İranın nüvə proqramı barədə müzakirə aparan altı ölkə arasında yekun razılaşmaya çatmaq üçün təyin olunmuş möhlətin başa çatmasının yaxınlaşması ilə ardıcıl iclaslar keçirilir. Bu müzakiərlərin başqa bir dövrü dünən Vyanada başa çatdı və çərşənbə axşamı günü yekun razılaşma mətninin yazılışı üzərində iş bərpa olunacaq. Amma İranın baş müzakirəçisi və İran xarici işlər nazirinin müavini Seyid Abbas İraqçının sözlərinə görə, bu müzakirələr yavaş irəliləyir və müzakirələr yolu üstündəki maneələr hələ də mövcuddur.
İrana qarşı bütün sanksiyaların ləğvi, İranın nüvə fəaliyyətləri ilə bağlı təftişlər məsələsi və ABŞ-ın bu müzakirələrdəki artıqtamahlığa söykənən tələbləri yekun razılaşmanın imzalanması qarşısında duran ən mühüm problemlərdən sayılır.
ABŞ prezidenti dünən Amerika yəhudiləri qarşısındakı çıxışında bir daha göstərdi ki, Amerikanın nüvə müzakirələrindəki siyasəti şəffaf deyil. Zahirdə o, Amerika dövlətinin qərar və öhdəliklərini ABŞ konqresindəki nüfuzlu sionist lobbisi və bəzi ifratçı cərəyanların artıqtamahlıq tələbləri ilə uyğunlaşdırmağa məcburdur və bu, müzakirələrin irəliləməsinə kömək edəcək bir proses deyildir. Barak Obama dünən Vaşinqtonda Amerika yəhudilərinin miras ayı şənliyində naməlum və saxta iddianı təkrarlamaqla çalışdı ki, keçmiş qaydada İranı regionda bir hədə kimi göstərsin və bu saxta təhdidin hədəfi kimi sionist rejimi müdafiə etsin. Halbuki bu rejim Yaxın Şərqdə nüvə silahına malik yeganə tərəfdir və Amerikanın dəstəyi ilə atom silahı əldə edibdir. Belə bir halda, İranın nüvə proqramı tamamilə sülhsevərdir və MAQATE İranın nüvə mərkəzlərindən ən çox təftişlərlə dəfələrlə etiraf edibdir ki, İranın nüvə proqramında heç bir yayınma yoxdur, amma hətta agentlik də ABŞ-ın təzyiqləri altında bu məsələni agentliyin direktorlar şurasına birbaşa və rəsmi surətdə elan etməkdən boyun qaçırır ki, İrana qarşı təzyiq və ittihamvurmanın davam etdirilməsi yolu açıq qalmaqda davam etsin. Məhz elə buna görədir ki, Obama İranın nüvə proqramının bütün ünsürlərinə misli görünməmiş təftişlərin tətbiq olunmasına səbəb olacaq razılaşma ardıncadır.
O, deyibdir ki, bu razılaşma İsrail daxil olmaqla region və dünyanı təhlükəsiz edəcək bir razılaşmadır və bu, yaxşı bir razılaşma olacaqdır.
Obama çeynənmiş "bütün seçimlər masa üzərindədir və masa üzərində qalacaqdır" ifadəsini təkrarlayaraq, deyib: Hətta əgər biz yaxşı razılaşmaya çatarıqsa, İranın terrorizmi dəstəkləməsi, regionun sabitliyini pozması və İsrailə qarşı hədə olması məsələsi öz qüvvəsində qalacaqdır.
Obama dünən həmçinin konqresin İranla ehtimal olunan razılaşmaya nəzarətinə zəmin yaradacaq nüvə razılaşmasının yenidən nəzərdən keçirilməsi adlı qanunu imzaladı.
Təbiidir ki, bu addım, təlqin və iddialarda yaxşı razılaşmadan heç bir nişanə yoxdur. Əksinə onun məqsədi, sionist rejimin qanunsuz tələbləri istiqamətində Amerikanın siyasi artıqtamahlığa söykənən məqsədlərin təminidir və İranın nüvə müzakirələrində heç bir qanuni yerə malik deyil.
İslam İnqilabının Böyük Rəhbərinin bu sabotajlar haqdakı bəyanatı İranın nüvə müzakirələrində və ehtimal olunan nüvə razılaşması çərçivəsindəki qırmızı xətlərini aydın şəkildə göstəribdir. Həzrət Ayətullahuluzma Xamenei son bəyanatlarında vurğuladılar ki, İran heç vaxt nüvə təsisatlarından təftişə və ya öz nüvə alimləri ilə danışıqlara icazə verməyəcəkdir.
Bəyəndim - 
Şərh - 
Paylaş - 
E-mail - 
Pdf formatında yüklə - 
Çap et
Tarix: 2015-05-23 16:15:45 | Kateqoriya: İran | İzlənilib: 526 | Bəyənib: 1