Cümə Axşamı 21 Sentyabr 2017
Yenilənib Şənbə 23 May
Şrift ölçüsü :  

Sərəfraz: Milli medianın vəzifəsi məzlumları müdafiə etmək və dünyanı məlumatlandırmaqdır

İran İslam Respublikası Radio və Televiziya Təşkilatının sədri deyib: məzlumları müdafiə və region xalqlarını məlumatlandırmaq üzrə üzərimizə düşən media missiyasının öhdəsindən gəlməliyik. Beynəlxalq Səhər Kanalının məlumatına görə, İİR Radio və Televiziya Təşkilatının sədri cənab Məhəmməd Sərəfraz bu gün şənbə Həzrət Əbülfəzl Abbas(ə)-ın mübarək mövlud günü və İranda "Canbaz"(müharibə əlili) günü münasibətilə İslami İranın müdafiəsi zamanı əlillik dərəcəsinə nail olan media işçilərinin şərəfinə təşkil edilmiş mərasimdə deyib: Regional və qlobal həssaslıqların artmasına habelə, beynəlxalq media siyasətlərini nəzərə alaraq, medianın vəzifəsi və məsuliyyəti yeni bir mərhələyə daxil olub.
İİR Radio və Televiziya Təşkilatının sədri əlavə edib: Milli medianın analitik baxışı hər gün daha da genişlənməlidir. Çünki, regionda vasitəçi bir müharibə formalaşmaqdadır.
Cənab Sərəfraz regionda cərəyan edən hadisələrlə bağlı media təhlilləri haqda deyib: CNN, BBC və Əlcəzirə kimi informasiya vasitələri sionistləri və işğalçıları himayə istiqamətində hərəkət edirlər. Belə bir vəziyyətdə İranın Radio və Televiziya Təşkilatının vəzifəsi dünya ictimaiyyətini regionun reallıqları ilə tanış etmək üçün 3-cü və yeni bir media xəttini açmaq idi. Belə bir şəraitdə əl-Aləm informasiya kanalı səhnəyə daxil oldu.
İranın Milli Mediasının başçısı regionda cərəyan edən və ABŞ-ın məğlubiyyəti və İslami Oyanışın formalaşması ilə nəticələnən dəyişikliklərin son dərəcə yüksək sürətə malik olmasına işarə edərək, deyib: düşmənlər İslami Oyanışı vətəndaş müharibəsinə çevirmək və təfriqə törətmək istəyirlər.
M.Sərəfraz son Yəmən olaylarına da münasibət bildirib: "Yəmən olayları ilə bağlı əhəmiyyət daşıyan məsələ Ərəbistanın birbaşa olaraq səhnəyə daxil olmasıdır. Belə ki, bu hərəkətlə Ərəbistan və Türkiyənin öncəki müharibələrlə bağlı rəftarlarındakı ziddiyyəti ifşa etmiş oldu".
Bəyəndim - 
Şərh - 
Paylaş - 
E-mail - 
Pdf formatında yüklə - 
Çap et
Tarix: 2015-05-23 15:30:10 | Kateqoriya: İran | İzlənilib: 1071 | Bəyənib: 0