Şənbə 23 Sentyabr 2017
Yenilənib Şənbə 23 May
Şrift ölçüsü :  

Ənsarullah hərəkatı Mənsur Hadinin yəmənli dialoqlarda iştirakı ilə müxalifət edib

Yəmənin Ənsarullah xalq hərəkatı bu ölkənin istefa vermiş fərari prezidentinin hər cür yəmənli-yəmənli dialoqunda iştirakı ilə müxalifətini bildirib. Səhər kanalının məlumatına görə, Ənsarullah hərəkatının siyasi şurasının üzvü Muhəmməd Əlbəxiti Əlaləm telekanalı ilə müsahibədə bildirib ki, Yəmənin istefa vermiş və qaçmış prezidenti Əbdürəbbə Mənsur Hadi və onun Xalid Bəhahın baş nazirliyi ilə istefa vermiş kabineti məsələsi Cenevrədə yəmənli-yəmənli dialoqunun bəndlərindən biri ola bilər, amma özləri dialoq tərəfi ola bilməzlər.
O, sonra deyib: Yəmən BMT-nin nəzərindən bu ölkədə atəşkəsə dəvəti dəstəkləyir, amma düzgün deyildir ki, siyasi qruplar Yəməndən xaricə gedib, təhlükəsiz məkanda müzakirə aparsınlar. Halbuki, Yəmən xalqının mühasirəsi və ona qarşı hücum davam etməkdədir.
Əlbəxiti vurğulayıb ki, dialoqlar yəmənli-yəmənli olmalıdır, zira əgər xarici tərəflər ona qarışarlarsa, danışıqlar iflasa uğrayacaqdır.
O, həmçinin son Ərriyad konfransı barədə deyib ki, bu konfrans yalnız Ərəbistanın abrını qorumaq üçün keçirilib. Konfrans iştirakçıları yekun bəyanatda Ərəbistanın Yəmənə hücumunu dəstəkləyib və Yəmən daxilində təhlükəsiz məntəqələrin yaradlmasını istəyiblər. Onlar Yəmən xalqının inqilabını öz qənaətlərincə, çevriliş adlandırıblar.
Bəyəndim - 
Şərh - 
Paylaş - 
E-mail - 
Pdf formatında yüklə - 
Çap et
Tarix: 2015-05-23 12:38:25 | Kateqoriya: Dünya | İzlənilib: 284 | Bəyənib: 0