Şənbə 23 Sentyabr 2017
Yenilənib Şənbə 23 May
Şrift ölçüsü :  

Ərəbistan xalqı şiə məscidinə qarşı terror hücumunu qınadı

Ərəbistanın Şərqiyyə vilayətinin sakinləri şiə məscidinə edilən terror hücumuna etiraz olaraq aksiya keçiriblər. Beynəlxalq Səhər Kanalının PressTV-yə istinadlı məlumatına görə, Ərəbistanın Şərqiyyə vilayətinin sakinləri bu gün Qətif məntəqəsində aksiya keçirərək, şiə məscidinə edilən terror hücumunu pisləyiblər.
Qətif şəhərinin Əlqədih məntəqəsində İmam Əli(ə) məscidinə qarşı terrorçu-kamikadze hücumunda 22 nəfər şəhid olub, yüzə yaxın insan da yaralanıb.
PressTV informasiya kanalı ərəbistanlı fəallara istinadla bildirir ki, bu etiraz aksiyasının ardınca Ərəbistanın təhlükəsizlik qüvvələri qorxuya düşərək, yoxlama-buraxılış məntəqələrindəki postlarını tərk ediblər.
Ərəbistanın Şərqiyyə vilayətinin sakinlərini əsasən şiələr təşkil edir. Ərəbistan şiələrinin bəzi liderləri o cümlədən Şeyx Nəmr Baqir əl-Nəmr hazırda Ali-Səud rejiminin məhbəslərində saxlanılır.
Bəyəndim - 
Şərh - 
Paylaş - 
E-mail - 
Pdf formatında yüklə - 
Çap et
Tarix: 2015-05-23 11:50:39 | Kateqoriya: Dünya | İzlənilib: 237 | Bəyənib: 0