Çərşənbə 18 Oktyabr 2017
Yenilənib Şənbə 23 May
Şrift ölçüsü :  

11 min şəhər sakini Palmiranı tərk edib

Suriyanın tarixi Palmira şəhərinin sakinlərindən olan 11 min nəfər İŞİD-in hücumlarından qorxaraq, şəhəri tərk edib. Beynəlxalq Səhər Kanalının CNN informasiya kanalına istinadlı məlumatına görə, BMT bildirib ki, İŞİD terror qruplaşmasının Palmira şəhərinə nəzarəti ələ keçirməsinin ardınca təqribən 11 min nəfər şəhəri tərk edib.
İŞİD cümə axşamı günü tarixi Palmira şəhərini işğal edib.
YUNESKO bundan öncə İŞİD terrorçularının Palmira şəhərinə nüfuz etməsi barədə xəbərlərin yayılmasının ardınca, şəhər əhalisinin təhlükəsizliyi ilə bağlı nigaranlıq edərək, dünya ictimaiyyətindən bu şəhərin tarixi irsinin məhv edilməsini önləmək üçün bütün imkanlarını səfərbər etmələrini istəmişdi.
Palmira(Tədmur) Yaxın Şərqin ən qədim şəhərlərindən sayılır və Suriyanın mərkəzi Homs vilayətində yerləşir. Bu şəhər tarixi baxımdan son dərəcə böyük əhəmiyyətə malikdir. Şəhərin tarixi miladdan öncəki dövrə aiddir.
Bəyəndim - 
Şərh - 
Paylaş - 
E-mail - 
Pdf formatında yüklə - 
Çap et
Tarix: 2015-05-23 09:03:21 | Kateqoriya: Dünya | İzlənilib: 230 | Bəyənib: 0