Çərşənbə Axşamı 25 Sentyabr 2018
Yenilənib Şənbə 23 May
Şrift ölçüsü :  

Federika Moqerini İŞİD-in Palmira cinayətləri barədə xəbərdarlıq etdi

Avropa Birliyinin xarici siyasət üzrə məsul şəxsi İŞİD-in Suriyanın tarixi Palmira şəhərində törətdiyi qırğınlardan təəssüfləndiyini bildirib və terrorçuların bu şəhərdə müharibə cinayətləri törətmələri barəxə xəbərdarlıq edib. Beynəlxalq Səhər Kanalının məlumatına görə, Moqerini bir bəyanat yayaraq, tarixi Palmira şəhərinin İŞİD-in əlinə keçməsinə reaksiya olaraq, terrorçuların bu şəhərdə kütləvi qətillər törətməsi, tarixi irsi məhv etməsi və müharibə cinayətlərinə yol verməsi barədə xəbərdarlıq edib.
Bu bəyanatda Suriyanın tarixi irsinin simvolu kimi Palmira şəhərinin önəminə təkid olunub: Roma əsasnaməsinə(Beynəlxalq Cinayət Məhkəməsi) görə İŞİD-in Suriya və İraqda kütləvi qətillərə yol verməsi, tarixi və mədəni irsi dağıtması müharibə cinayəti sayılmalıdır.
Ötən çərşənbə günü Suriya ordusu və hökuməti müdafiə edən qüvvələrin geri çəkilməsi ilə tarixi Palmira şəhəri İŞİD tərəfindən işğal edilib. Dəməşqin 215 km şimal-şərqində yerləşən bu tarixi şəhər UNESCO-nun dünyanın mədəni irsləri siyahısında qeydə alınıb.
Bəyəndim - 
Şərh - 
Paylaş - 
E-mail - 
Pdf formatında yüklə - 
Çap et
Tarix: 2015-05-22 17:07:07 | Kateqoriya: Dünya | İzlənilib: 185 | Bəyənib: 0