Çərşənbə Axşamı 25 Sentyabr 2018
Yenilənib Şənbə 23 May
Şrift ölçüsü :  

İŞİD Suriyada yeni cinayət törətdi; 20 sivil edam edildi

İŞİD terror qruplaşması Suriyada 20 sivil vətəndaşı qətlə yetirib. Beynəlxalq Səhər Kanalının Suriyanın dövlət xəbər agentliyi SANA-ya istinadən verdiyi məlumata görə, İŞİD terrorçuları bu qruplaşmaya qoşulmaqdan imtina edən 20 nəfəri edam edib. Bu cinayət hadisəsi Suriyanın şərqində, Deyr əl-Zur vilayətində baş verib.
İŞİD terrorçuları həmçinin bu gün Suriyanın mərkəzində, Homs vilayətində tarixi Palmira şəhərində 17 nəfəri Suriya hökuməti ilə əməkdaşlıq etməkdə ittiham və edam edib.
Suriya ordusu isə ölkənin cənubunda Dəra və Qüneytrə məntəqəsində terrorçulara qarşı əməliyyatların davamında onlarla terrorçunu məhv edib.
Suriyanın ordu bölmələri həmçinin, Hələb şəhərinin Kərəm Qatırçı məntəqəsində Ənnüsrə Cəbhəsi adlı terror dəstəsinə aid bir bazanı dağıdıb. Bu əməliyyat zamanı çoxlu sayda terrorçu ölüb və yaralanıb.
Suriya ordusu həmçinin Hələbin şərqində, Hava Qüvvələri Universitetinin ətrafında habelə, Həndərat məntəqəsində təkfirçi-terrorçuların mövqelərinə zərbələr endirib, bir qrup terrorçunu məhv edib.
Bəyəndim - 
Şərh - 
Paylaş - 
E-mail - 
Pdf formatında yüklə - 
Çap et
Tarix: 2015-05-22 12:22:06 | Kateqoriya: Dünya | İzlənilib: 210 | Bəyənib: 0