Bazar Günü 23 Sentyabr 2018
Yenilənib Şənbə 23 May
Şrift ölçüsü :  

Obama: İran ilə nüvə anlaşması prezidentlik dövrümün irsi olacaq

ABŞ prezidenti İran ilə 5+1 qrupu arasındakı nüvə müzakirələrində nəticənin əldə edilməsini dəstəkləyib. Beynəlxalq Səhər Kanalının Təsnim İnformasiya Agentliyinə istinadlı məlumatına görə, ABŞ prezidenti Barak Obama "Atlantik" jurnalı ilə müsahibədə İran ilə nüvə müzakirələrində nəticənin əldə edilməsində maraqlı olduğunu bildirib və deyib: İran ilə nüvə anlaşması prezidentlik dövrümün irsi olacaq.
Barak Obama müsahibənin davamında həmçinin, bəzi ərəb ölkələri o cümlədən Ərəbistanın nüvə fəaliyyətlərinə malik olmaq üzrə səylərinə işarə edərək, ərəb ölkələrinə xəbərdarlıq edib və bildirib ki, ABŞ-ın ərəb müttəfiqlərinin nüvə fəaliyyətləri istiqamətində hərəkət etmələri Vaşinqton ilə əlaqələrinin soyumasına səbəb olacaq.
Obama ərəb ölkələrinin nüvə fəaliyyəti ardınca olmayacaqlarını deyərək, ABŞ-ın ərəb ölkələrinin təhlükəsizliyinin qorunması ilə bağlı öhdəliyini bu ölkələrə bir daha xatırladıb.
Bəyəndim - 
Şərh - 
Paylaş - 
E-mail - 
Pdf formatında yüklə - 
Çap et
Tarix: 2015-05-22 10:59:17 | Kateqoriya: Dünya | İzlənilib: 186 | Bəyənib: 0