Şənbə 20 Oktyabr 2018
Yenilənib Şənbə 23 May
Şrift ölçüsü :  

ABŞ polisi yenə də öldürmək məqsədi ilə 2 qaradəriliyə tərəf atəş açdı

ABŞ polisinin Vaşinqton Ştatının Olimpiya şəhərində 2 qaradəriliyə tərəf öldürmək məqsədi ilə atəş açması bir daha xalq etirazlarının alovlanmasına səbəb olub. Beynəlxalq Səhər Kanalının Frans Press-ə istinadlı məlumatına görə, bir ABŞ polisi bir neçə dəfə atəş açaraq, 2 qaradərilini xəstəxanalıq edib. Yaralılardan birinin vəziyyəti ağır elan olunub.
Bu hadisənin ardınca qəzəblənmiş xalq küçələrə axışaraq, polis zorakılığına və qaradərililərə qarşı irqçi davranışlara etiraz olaraq, aksiya keçiriblər.
Olimpiya şəhərinin meri isə bir mətbuat konfransı təşkil edərək, əhalini təmkinli olmağa çağırıb.
Olimpiya şəhər polisi isə iddia edib ki, bu 2 qaradərili bir mağazadan oğurluq etmək istəyirmişlər və polisin hadisə yerinə gəlməsi ilə onlardan biri əlindəki skate taxtası ilə ona hücum edib. Buna görə də polis zabiti özünü müdafiə etmək üçün onlara tərəf atəş açmaq məcburiyyətində qalıb.
Ötən aylar ərzində Amerikada rənglidərililərə qarşı polis zorakılığı və irqçiliyin artması ölkədə xalq etirazlarının artmasına səbəb olub.
Bəyəndim - 
Şərh - 
Paylaş - 
E-mail - 
Pdf formatında yüklə - 
Çap et
Tarix: 2015-05-22 10:38:28 | Kateqoriya: Dünya | İzlənilib: 206 | Bəyənib: 0