Bazar Ertəsi 24 Sentyabr 2018
Yenilənib Şənbə 23 May
Şrift ölçüsü :  

Şeyx Əli Salmanın mühakiməsi; Ali-Xəlifə rejiminin ədalətsizlik nişanəsi

Bəhreynin milli-islami əl-Vifaq cəmiyyətinin baş katib müavini bu cəmiyyətin baş katibinin mühakimə edilməsini Ali-Xəlifə rejiminin ədalətsizliyinin nişanəsi adlandırıb. Əl-Aləm kanalının verdiyi məlumata görə, Şeyx Hüseyn Diha deyib: Ali-Xəlifə rejiminin repressiyaları, xalqa qarşı yönəlmiş siyasətləri və ayrı-seçkiliyə əsaslanan rəftarları o cümlədən, milli-silami əl-Vifaq cəmiyyətinin baş katibi Şeyx Əli Salmanın həbs edilməsi zorakılıqlar qarşısında mübarizədə Bəhreyn xalqının müvəffəqiyyəti amilinə çevrilib.
Şeyx Həsən Diha əlavə edib: Şeyx Əli Salmanın mühakiməsinin davam etməsi Ali-Xəlifə rejiminə hakim kəsilmiş böhranın davam etməsi mənasındadır.
Bəhreynin milli-islami əl-Vifaq cəmiyyətinin baş katib müavini Bəhreyn xalqının Ali-Xəlifə rejiminə qarşı ziyamının qələbəyə kimi davam edəcəyini vurğulayıb və deyib: Bəhreyn xalqı məğlubedilməzdir!
Bəhreyn məhkəməsi ötən çərşənbə günü Şeyx Əli Salmanın vəkillərinə öz müdafiələrini məhkəməyə təqdim etmək icazəsi verməyib.
Bəyəndim - 
Şərh - 
Paylaş - 
E-mail - 
Pdf formatında yüklə - 
Çap et
Tarix: 2015-05-22 10:26:41 | Kateqoriya: Dünya | İzlənilib: 200 | Bəyənib: 0