Cümə Axşamı 24 May 2018
Yenilənib Şənbə 23 May
Şrift ölçüsü :  

Suriya ordusu terrorçulara qarşı əməliyyatlarını davam etdirir

Suriya ordusunun Hələb vilayətində terrorçuların mövqelərinə olan hava hücumları zamanı onlarla terrorçu öldürülüb. Əl-Aləm kanalının verdiyi məlumata görə, Suriya ordusu Hava Qüvvələrinin Hələbin şimal-qərbində terrorçuların mövqeləri və onların silah-sursat anbarlarına qarşı hava hücumları zamanı 40 terrorçu ölüb. Ölənlər arasında terrorçuların dəstə başçıları olduğu da bildirilir.
Həmçinin, Suriya ordusu ölkənin şimal-şərqində, Hsəkə vilayətinin qərbində yerləşən Şələbi kəndində İŞİD terrorçuları ilə gedən ağır döyüşlərin ardınca bu kəndi azad edib. Bu əməliyyat zamanı onlarla terrorçu məhv edilib.
Şələbi kəndi Riqqə vilayətinə gedən yolun üzərində yerləşdiyi üçün strateji baxımdan əhəmiyyətli yer sayılır.
Suriyadan daxil olan başqa bir xəbərə görə, İŞİD terrorçuları Homs vilayətində yerləşən tarixi Palmira şəhərini ələ keçirdikdən sonra 17 nəfəri edam ediblər. Edam edilənlərin hamısı sivil vətəndaşdır.
Suriya ordusu bir neçə gün davam edən ağır döyüşlərin sonunda Palmira(Tədmur) şəhərindən geri çəkilməyə məcbur olub. Ordu qüvvələri şəhərin İŞİD-in işğalı altına düşməsindən öncə əhalinin böyük hissəsini şəhərdən çıxartmağı bacarıb.
Suriyanın mərkəzində yerləşən Palmira şəhəri tarixi baxımdan böyük əhəmiyyətə malikdir və bu şəhər 274-cü miladi ilində formalaşıb.
Bəyəndim - 
Şərh - 
Paylaş - 
E-mail - 
Pdf formatında yüklə - 
Çap et
Tarix: 2015-05-22 08:24:52 | Kateqoriya: Dünya | İzlənilib: 151 | Bəyənib: 0