Çərşənbə Axşamı 25 Sentyabr 2018
Yenilənib Şənbə 23 May
Şrift ölçüsü :  

İŞİD Suriyanın Palmira şəhərini ələ keçirdikdən sonra 17 nəfəri edam edib

İŞİD terror qruplaşması Suriyanın Palmira şəhərini ələ keçirdikdən sonra azı 17 nəfəri edam edib. Beynəlxalq Səhər Kanalının APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə Suriya insan haqlarının monitorinqi mərkəzinin məlumatında bildirilir.

Məlumata görə, edam edilən dinc sakinlərdən 4-nün başı kəsilib. Öldürülən şəxslərin yerli icra orqanlarının əməkdaşları olduğu bildirilir. Terrorçular onları Suriya hökuməti ilə əməkdaşlıq etməkdə günahlandırıb.

Hüquq müdafiəçilərinin sözlərinə görə, terrorçular şəhərin sakinlərinə evlərini tərk etməməyi əmr edərək evlərdə axtarış aparıb. Axtarışların məqsədi digər hökumət tərəfdarlarının aşkarlanmasıdır.

Bu arada Suriya dövləti tarixi Palmira şəhərinin İŞİD terrorçuları tərəfindən dağıdılmasının önlənilməsi və tarixi abidələrin qorunması üçün dünya ictimaiyyəti və beynəlxalq təşkilatlara müraciət edib.
Bəyəndim - 
Şərh - 
Paylaş - 
E-mail - 
Pdf formatında yüklə - 
Çap et
Tarix: 2015-05-22 08:01:12 | Kateqoriya: Dünya | İzlənilib: 198 | Bəyənib: 0