Bazar Günü 27 May 2018
Yenilənib Şənbə 23 May
Şrift ölçüsü :  

ABŞ-da 6 polis əməkdaşı qaradərili gəncin qətlində ittiham olunur

ABŞ məhkəməsi altı polis əməkdaşını Baltimor şəhərində qaradərili Freddi Qreyin qətlə yetirilməsində təqsirkar hesab edib.
Beynəlxalq Səhər Kanalının APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə prokuror Merilin Mosbi məlumat verib. Onun sözlərinə görə, işə yuxarı instansiya məhkəməsi tərəfindən iyunun 2-də baxılacaq.

Qeyd edək ki, bundan əvvəl polislərin vəkilləri prokurorun prosesdən kənarlaşdırılmasını tələb ediblər.

Amerikada qaradərililərə qarşı polis zorakılığı və irqçilik hallarının artması son aylar ölkədə xalq etirazlarının artmasına və ölkə səviyyəsində yayılmasına səbəb olub.
Bəyəndim - 
Şərh - 
Paylaş - 
E-mail - 
Pdf formatında yüklə - 
Çap et
Tarix: 2015-05-22 08:00:17 | Kateqoriya: Dünya | İzlənilib: 143 | Bəyənib: 0