Bazar Ertəsi 24 Sentyabr 2018
Yenilənib Şənbə 23 May
Şrift ölçüsü :  

"Nicat" gəmisi İİR Dəniz Qoşunlarının hərbi bölməsi tərəfindən müşayiət olunur

İran İslam Respublikası ordusu Dəniz Qoşunlarının 34-cü hərbi bölməsi İranın "Nicat" gəmisinin Ədən körfəzinə daxil olmasının ardınca, bu gəmini müşayiət etməyə başlayıb. Beynəlxalq Səhər Kanalının məlumatına görə, son günlər bəzi xarici gəmilərin o cümlədən Amerika, Fransa və Ərəbistana aid hərbi gəmilərin İranın Yəmənə humanitar yardıma aparan "Nicat" gəmisinin hərəkəti yolunda bəzi maneələr yaratmalarının ardınca, İran İslam Respublikası ordusunun Dəniz Qoşunlarının məntəqədə yerləşən 34-cü hərbi bölməsi bu gəmiyə yaxınlaşaraq, onu müşayiət etməyə başlayıb.
İran İslam Respublikası ordusu Dəniz Qoşunlarının 34-cü hərbi dəniz bölməsinin komandanı "Nicat" gəmisi əleyhinə təhdidlərin aradan qaldırıldığını bildirib və deyib: Tam iqtidarla beynəlxalq sularda iştirak edirik və ali baş komandanın göstərişi və beynəlxalq dənizçilik qanunları əsasında bu sularda ciddi iştiraka malikik və heç kəsə beynəlxalq sulardakı mənafeyimizə zərbə vurmaq icazəsi verməyəcəyik.
"Nicat" gəmisi hazırda strateji əhəmiyyətli Babülməndəb boğazının 70 milliyindədir. "Nicat" gəmisi sabaha kimi Babülməndəb boğazından keçib, Qırmızı dənizə daxil olmalıdır.
Bəyəndim - 
Şərh - 
Paylaş - 
E-mail - 
Pdf formatında yüklə - 
Çap et
Tarix: 2015-05-22 07:38:32 | Kateqoriya: İran | İzlənilib: 226 | Bəyənib: 0