Bazar Günü 23 Sentyabr 2018
Yenilənib Şənbə 23 May
Şrift ölçüsü :  

Fuad Məsum İraqda milli barışıq prosesinin icrasını vurğuladı

İraq prezidenti bu ölkədə milli barışıq prosesinin sürətləndirilməsini vurğulayıb. Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, İraq prezidenti Fuad Məsum cümə axşamı günü BMT baş katibinin Bağdaddakı xüsusi nümayəndəsi Yan Kubiçlə görüşün kənarında bir bəyanat verərək bildirib: İraqda milli barışıq prosesinin icrasının sürətləndirilməsi və bu prosesin uğuru üçün lazımi şəraitin yaradılması zəruridir.
Məsum İraqın hazırkı problemlərindən xilas yolu kimi milli barışığın əhəmiyyətini vurğulayaraq, hazırkı ağır şəraitdə İraq xalqına kömək və bu ölkəyə humanitar yardımların göstərilməsi istiqamətində BMT-nin İraqa ezam etdiyi heyətin səylərini alqışlayıb.
Bəyəndim - 
Şərh - 
Paylaş - 
E-mail - 
Pdf formatında yüklə - 
Çap et
Tarix: 2015-05-21 18:11:31 | Kateqoriya: Dünya | İzlənilib: 200 | Bəyənib: 0