Çərşənbə 17 Oktyabr 2018
Yenilənib Şənbə 23 May
Şrift ölçüsü :  

Zərif: İran Yəmənin bütün qruplarını müzakirə masasına gətirəcək təşəbbüsləri dəstəkləyir

İran xarici işlər naziri BMT-nin Yəmən məsələləri üzrə xüsusi nümayəndəsi ilə görüşdə deyib: İran İslam Respublikası bütün yəmənli qrupları müzakirə masasına gətirəcək təşəbbüsləri dəstəkləyir və inanır ki, yəmənli qruplardan başqa heç bir ölkə danışıqlarda iştirak etməməlidir. Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, bu görüşdə cənab Zərif ümidvarlıq edib ki, BMT və onun baş katibi Yəmən böhranında müstəqil və aktiv rolu oynayacaq.
İran xarici işlər naziri Yəməndə insan faciəsi, mühasirənin davam etməsi və bu ölkənin bombalanmasını qəbuledilməz adlandırıb və 5 gün ərzində azacıq yardımların Yəmənə göndərilməsindən narazılıq edib.
Zərif əlavə edib: İran İslam Respublikası bütün yəmənli qrupları müzakirə masasına gətirəcək təşəbbüsləri dəstəkləyir və yəməni qruplardan başqa heç bir ölkənin danışıqlarda iştirak etməməsinə inanır.
"Lazım olduğu halda İran və digər ölkələr bu prosesdə köməkedici rolu oynaya bilərlər" deyən Zərif həmçinin atəşkəsin bərqərar olunmasını Yəmən böhranı üçün istənilən sülhməramlı prosesinin başlanğıc nöqtəsi adlandırıb.
BMT baş katibinin Yəmən məsələləri üzrə xüsusi nümayəndəsi də Yəmənə stabilliyin və dincliyin qayıtması, eləcə də bu böhranın həlli üçün 4 maddəlik layihə təqdim etməsinə görə, İran İslam Respublikasına təşəkkürünü bildirib və ümidvarlıq edib ki, BMT-nin səyləri ilə Yəməndə davamlı atəşkəs bərqərar olacaq.
Bəyəndim - 
Şərh - 
Paylaş - 
E-mail - 
Pdf formatında yüklə - 
Çap et
Tarix: 2015-05-21 17:56:15 | Kateqoriya: Dünya | İzlənilib: 263 | Bəyənib: 0