Bazar Ertəsi 28 May 2018
Yenilənib Şənbə 23 May
Şrift ölçüsü :  

Yəmən sərhədində 17 səudiyyəli hərbçi öldürülüb

Yəmənlə Səudiyyə Ərəbistanı sərhədində yəmənli xalq qüvvələri ilə toqquşmada 17 səduiyyəli hərbçi öldürülüb. Səhər Beynəlxalq Televiziyasının Livanın əl-Əhd xəbər portalına istinadla verdiyi məlumatına görə, Yəmən qəbilələri və xalq müqavimət qüvvələri Ərəbistanın Yəmənin sərhəd bölgələrinə davamlı hava və quru hücumlarına reaksiyada Yəmənin Səədə vilayətinin şimal sərhədləri yaxınlığında Ərəbistanın sərhəd bazasına hücum edərək, 17 səudiyyəli hərbçini öldürüblər.
Məlumata əsasən, Yəmən ordusu və xalq müqavimət qüvvələri səudiyyə qırıcılarının ağır hücumlarına baxmayaraq, Səədə vilayətinin bütün şimal cəbhələrində irəliləməkdədirlər.
Bəyəndim - 
Şərh - 
Paylaş - 
E-mail - 
Pdf formatında yüklə - 
Çap et
Tarix: 2015-05-21 17:55:17 | Kateqoriya: Dünya | İzlənilib: 178 | Bəyənib: 0