Bazar Ertəsi 24 Sentyabr 2018
Yenilənib Şənbə 23 May
Şrift ölçüsü :  

Ənsarullah Hərəkatı Səudiyyənin gəmilərini bombalayacaq

Yəmən Ənsarullah Hərəkatının ölkəsinə tətbiq olunan mühasirəyə cavab olaraq, Səudiyyənin dəniz qüvvələrinə hücum edə biləcəyi barədə xəbər yayılıb. Daxil olan məlumata əsasən, adının açıqlanmasını istəməyən yəmənli mənbənin "Alwaght" saytına verdiyi açıqlamaya görə, Ənsarullah mühasirəni sındırmaq üçün bu gəmilərə hücum təşkil edəcək.
Ehtiyaclarının 90 faizini xaricdən təmin edən Yəməndə xroniki aclığı şiddətləndirmək üçün Səudiyyə Ərəbistanı Yəmənin dəniz ticarətinə olan mühasirəsini, xüsusən də ölkənin şimal bölgələri üzərində gücləndirməyi planlaşdırır.
Mənbə bu vəziyyətin Ənsarullahla dəniz müharibəsinə yol aça biləcəyini, hərəkatın Səudiyyə dəniz qüvvələrinə qarşı böyük əməliyyatlar keçirə biləcəyini və qarşıdurmanın Bab əl-Məndəb boğazına qədər uzanacağını da söyləyib.



Bəyəndim - 
Şərh - 
Paylaş - 
E-mail - 
Pdf formatında yüklə - 
Çap et
Tarix: 2015-05-21 17:48:57 | Kateqoriya: Dünya | İzlənilib: 187 | Bəyənib: 0