Çərşənbə Axşamı 25 Sentyabr 2018
Yenilənib Şənbə 23 May
Şrift ölçüsü :  

İraq xalq qüvvələri İŞİD-ə qarşı səfərbər oldular

İraq mənbələri xalq qüvvələrinin İŞİD terror qruplaşmasının işğalında olan bölgələrin azad edilməsi üçün səfərbər olduqlarını bildiriblər. Səhər Beynəlxalq Televiziyasının əl-İraqiyyə telekanalına istinadla verdiyi məlumata görə, Bağdad Əməliyyat Komandanı Əbdüləmir əl-Şimri bu gün bildirib: Mübariz səfərbər qüvvələrindən 5 min nəfəri İraqın qərbində yerləşən əl-Anbar vilayətindəki İraq ordusunun birinci diviziyasına çatıbdır ki, İŞİD terrorçularının işğalında olan əl-Kərəmə və Fəllucənin azad olunması əməliyyatında iştirak etsin. İraqın qərbində əl-Anbar vilayətinin mərkəzi olan Ər-Rəmadi şəhəri bazar günündən İŞİD terrorçularının işğalındadır və ordu və xalq qüvvələri bu şəhərin geri alınmasına hazırlaşırlar. Bu arada əl-Məyadin telekanalı bildirib ki, İraq təhlükəsizlik qüvvələri əl-Anbar vilayətində, Ər-Rəmadinin şəqrində yerləşən Həsibə məntəqəsində 2 terrorçunu öldürüblər.
Həmçinin Kərkük vilayətinin təhlükəsizlik komissiyası bildirib: Bu vilayətin İŞİD terror qruplaşmasının işğalında olan bölgələrə doğru bütün keçidləri bağlanıb.
Bəyəndim - 
Şərh - 
Paylaş - 
E-mail - 
Pdf formatında yüklə - 
Çap et
Tarix: 2015-05-21 16:16:53 | Kateqoriya: Dünya | İzlənilib: 161 | Bəyənib: 0