Çərşənbə Axşamı 25 Sentyabr 2018
Yenilənib Şənbə 23 May
Şrift ölçüsü :  

BMT-nin Yəmən üzrə xüsusi nümayəndəsi İran xarici işlər naziri ilə görüşüb

İran İslam Respublikası xarici işlər nazirinin BMT baş katibinin Yəmən məsələləri üzrə xüsusi nümayəndəsi ilə iclası Tehranda başlanıb. Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, BMT baş katibinin Yəmən məsələləri üzrə xüsusi nümayəndəsi İsmayıl Vələd Şeyx Əhməd bu gün cümə axşamı günü Tehrana daxil olub və İran xarici işlər naziri Məhəmməd Cavad Zəriflə Yəmən barədə məsləhətləşməyə başlayıb.
İsmayıl Vələd Şeyx Əhməd, Məhəmməd Cavad Zəriflə ikitərəfli görüşdən sonra İran xarici işlər nazirinin Ərəb və Afrika ölkələri üzrə müavini Hüseyn Əmirəbdollahiyanla da görüşərək danışıqlar aparacaq.
BMT baş katibinin Yəmən məsələləri üzrə xüsusi nümayəndəsinin Tehrana səfərinin əsas məqsədi, Yəmən böhranının həlli üzrə İran İslam Respublikasının 4 maddəlik layihəsinin araşdırılması elan olunub.
Atəşkəsin bərqərar olunması, Yəmənin məzlum xalqına humanitar yardımların göndərilməsi, yəmənli-yəmənli danışıqların keçirilməsi və Yəmənin bütün qruplarından ibarət hökumətin təşkil olunması Yəmən böhranının həlli üzrə İranın 4 maddəlik layihəsidir.
Bəyəndim - 
Şərh - 
Paylaş - 
E-mail - 
Pdf formatında yüklə - 
Çap et
Tarix: 2015-05-21 16:13:03 | Kateqoriya: Dünya | İzlənilib: 265 | Bəyənib: 0