Çərşənbə Axşamı 25 Sentyabr 2018
Yenilənib Şənbə 23 May
Şrift ölçüsü :  

Ordunun 27-ci Beytül-Müqəddəs böyük hərbi təlimləri başlandı

İran İslam Respublikası ordusunun 27-ci Beytül-Müqəddəs böyük hərbi təlimləri İranın qərbində Kirmanşahn Keneşt boğazında ümumi bir məntəqədə başlanıb. Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, 27-ci Beytül-Müqəddəs böyük hərbi təlimləri İran İslam Respublikası ordusunun quru qoşunlarının potensialının yüksəldilməsi məqsədilə ordunun müxtəlif qüvvələri, o cümlədən çevik reaksiya, komandos və ordunun hava-quru qüvvələri 1-ci bazası qüvvələrinin iştirakı ilə Kirmanşahda başlanıb.
Bu hərbi təlimlər 33 hərbi və dəstək helikopterinin uçuşu ilə keçirilməkdədir.
İran İslam Respublikası Ordusu Quru Qoşunları komandanı birgünlük 27-ci Beytül-Müqəddəs böyük hərbi təlimlərinin başlandğı zaman deyib: Bu hərbi təlimlərdə İran istehsalı olan son silahlardan istifadə olunur.
General-mayor Purdəstan əlavə edib: Dünyada yeni müharibələr nizam-intizamsızdır və İran İslam Respublikası ordusunun strategiyası da buna əsasən olacaqdır.
Bəyəndim - 
Şərh - 
Paylaş - 
E-mail - 
Pdf formatında yüklə - 
Çap et
Tarix: 2015-05-21 10:34:09 | Kateqoriya: İran | İzlənilib: 218 | Bəyənib: 0