Bazar Ertəsi 21 May 2018
Yenilənib Şənbə 23 May
Şrift ölçüsü :  

Prezident Ruhaninin Şərqi Azərbaycan səfəri

İran İslam Respublikası prezidenti Həsən Ruhani vilayət səfərlərinin davamında ötən gün İranın şimal-qərbində yerləşən Şərqi Azərbaycan vilayətinin mərkəzi olan Təbriz şəhərinə daxil olub və bu vilayət rəsmiləri və əhali tərəfindən qarşılanıb. Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, prezident Həsən Ruhani Təbrizin Təxti Stationunda Şərqi Azərbaycan vilayəti əhalisinin toplusu qarşısında "İran və 5+1 Qrupu arasında nüvə müzakirələrinin sonu İranın böyük xalqı üçün fəxr olacaqdır" deyərək bildirib: İran bütün problemlərə baxmayaraq, iqtisadi inkişaf və çiçəklənmə yolunu qüdrətlə davam etdirəcək.
Hazırda beynəlxalq səhnədə müzakirə və diplomatiya başçılarının İran xalqı üçün qürur və fəxrə imza atdıqlarını və İran xalqının müzakirəçilərin arxasında durduğunu bildirən cənab Ruhani əlavə edib: İqtisadi inkişaf, ictimai rifah və nüvə müzakirələrində qələbəni İranın qarşı tərəfinin artıqtamahlığının olmaması şərti ilə davam etdirəcəyik.
"İran xalqının bədxahlar qarşısında vahid səsi vardır" deyən İran prezidentinin sözlərinə görə, İran beynəlxalq səhnədə çox önəmli bir nöqtəyə çatıb və dünya səviyyəsində İranofobiya planını məğlub etməkdədir.
İranda milli vəhdətin qorunmasının vacibliyini vurğulayan Ruhani əlavə edib: İranda təhlükəsizlik, stabillik və dinclik hakimdir və region xalqlarının ümid gözü İran İslam Respublikasının müqəddəs quruluşuna dikilib.
Həsən Ruhani həmçinin ötən gün günortadan sonra Şərqi Azərbaycan vilayətinin din alimləri, fədakarları və ziyalıları ilə görüşdə deyib: Vəhdət, iman və xalqın sevgisi Müqəddəs Müdafiə dövründə İranı dünya qarşısında qalib etdi və hazırda da nüvə müzakirəçiləri böyük qüdrətlər qarşısında İran xalqının dəstəyi ilə xalqın mənafeyinin müdafiəsində dururlar.
İran İslam Respublikası prezidenti İslam İnqilabında məqsədi müstəbidlikdən xilas, islami mentalitet və milli hakimiyyətin təsbiti adlandırıb və deyib: Vəhdət, ümid və tədbirlə İslam Respublikası hər bir problemi arxada qoyacaqdır.
İran İslam Respublikası prezidenti həmçinin ötən gün Təbrizdə Məşrutə muzeyi ilə yaxından tanış olarkən jurnalistlərə müsahibədə Məşrutə İnqilabını İran tarixinin ictimai və siyasi önəmli proseslərindən adlandırıb və deyib: İran bölgədə ədalətin reallaşması, qanunun icra olunması və ölkənin müstəbidlikdən xilas olunması istiqamətində ilk inqilabı yaradan ölkədir.
İran prezidenti Şərqi Azərbaycan vilayətinin inkişaf və investisiya iclasında İran hökumətinin ən önəmli məqsədini iqtisadi inkişafın yaradılması adlandırıb və deyib: İran xarici şirkətlərin bu ölkədə sərmayə yatırmalarına hazırdır.
Cənab Həsən Ruhaninin Şərqi Azərbaycan vilayətinə səfərində 32 abadlıq layihəsinin elanı və açılışı olunub.
Cənab Həsən Ruhaninin iştirakı ilə keçirilən inkişaf və investisiya iclasının kənarında video-konfrans vasitəsi ilə Şərqi Azərbaycan vilayətinin bir neçə böyük abadlıq layihəsinin icra əməliyyatına başlanıb, eləcə də bir neçə önəmli mədəni və təlim layihəsi istifadəyə verilib.
Bəyəndim - 
Şərh - 
Paylaş - 
E-mail - 
Pdf formatında yüklə - 
Çap et
Tarix: 2015-05-21 08:16:20 | Kateqoriya: İran | İzlənilib: 160 | Bəyənib: 0