Çərşənbə Axşamı 25 Sentyabr 2018
Yenilənib Şənbə 23 May
Şrift ölçüsü :  

Nüvə müzakirələrinin yeni dövrü başlandı

İran ilə altılıq arasında nüvə müzakirələrinin yeni dövrü Vyanada başlandı. Səhər-in məlumatına görə, əhatəli razılaşma mətninin yazılışının davam etdirilməsi üzrə danışıqların yeni dövrü bu gün axşam İran xarici işlər nazirinin müavinləri Seyid Abbas İraqçı və Məcid Təxt Rəvançı ilə altılığın nümayəndəsi sayılan Avropa Birliyinin xarici siyasət üzrə məsul şəxsinin müavin Helqa Şmidtin iştirakı ilə Vyananın Kuborq otelində başlanıb.
Elə bu oteldə ekspertlərin iclası da başlanıb. Müzakirələr cüməyədək davam edəcək.
İran və 5+1 qrupu 8 gün sıx müzakirədən sonra aprelin əvvələrində İsveçrənin Lozanna şəhərində İranın nüvə məsələsinin həlli üzrə razılaşmanın ilkin hüdudları haqda anlaşdılar. İki tərəf iyulun sonlarını yekun razılaşmanın imzalanması üçün son möhlət təyin edib.
Bəyəndim - 
Şərh - 
Paylaş - 
E-mail - 
Pdf formatında yüklə - 
Çap et
Tarix: 2015-05-20 19:14:47 | Kateqoriya: İran | İzlənilib: 206 | Bəyənib: 0