Bazar Ertəsi 28 May 2018
Yenilənib Şənbə 23 May
Şrift ölçüsü :  

İnqilab Rəhbərinin İmam Hüseyn(ə) universitetindəki bəyanatı

İslam İnqilabının Böyük Rəhbəri vurğulayıblar ki, İranın nüvə müzakirələri çərçivəsində Qərbin sabotajlarına reaksiyası sərt olacaq. İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahuluzma Xamenei bu gün İmam Hüseyn(ə) universitetinin pasdarları qarşısında nüvə müzakiərləri mövzusuna toxunaraq, əlavə ediblər: İran İslam Respublikası əcnəbilərə öz hərbi mərkəzlərindən heç bir təftiş icazəsi verməyəcək.
İslam İnqilabının Böyük Rəhbəri qərblilərin İranın nüvə alimləri ilə müsahibə üzrə istəklərini istintaq adlandıraraq, vurğulayıblar: Biz nüvə və hər bir digər mühüm sahənin alimlərinə hörmətsizlik edilməsinə icazə verməyəcəyik.
Həzrət Ayətullahuluzma Xamenei söyləyiblər: Bu meydanda şücaətlə hərəkət edən İran İslam Respublikası rəsmiləri bilsinlər ki, kobud düşmən ilə yeganə mübarizə yolu, zəiflik göstərməmək və əzmkarlıqdır. Onlar müzakirələrdə İran xalqının müraciəti və əzəmətini göstərə bilməlidirlər.
O həzrət sonra bildiriblər ki, düşmənlər Fars Körfəzi regionundakı bəzi səfeh məsul şəxslərlə yanaşı, vasitəçi müharibələrini İran sərhədlərinə çəkib gətirmək niyyətindədirlər. O həzrət əlavə ediblər: İslam İnqilabı keşikçiləri və milli təhlükəsizlik mühitinin bütün keşikçiləri ayıq-sayıqdırlar və əgər İrana qarşı sabotaj törədilərsə, İranın reaksiyası olduqca sərt olacaqdır.
Bəyəndim - 
Şərh - 
Paylaş - 
E-mail - 
Pdf formatında yüklə - 
Çap et
Tarix: 2015-05-20 13:56:11 | Kateqoriya: İran | İzlənilib: 208 | Bəyənib: 0