Cümə 25 May 2018
Yenilənib Şənbə 23 May
Şrift ölçüsü :  

Ruhaninin Təbriz əhalisi qarşısındakı çıxışı

İran prezidenti deyib ki, böyük Azərbaycan əhalisi ədəbiyyat, elm, siyasət və şücaət əsatiridir. IRIB-nin məlumatına görə, cənab Ruhani Şərqi Azərbcyan ostanına səfərdə Təbriz əhalisi qarşısında deyib: Azərbaycan və Təbriz İranda azadlıq və məşrutəni yaradan qəhrəmandırlar və əgər onların 29 bəhmən qəhrəmanlığı və müqaviməti olmasaydı, inqilab qələbə çalmazdı.
İran prezidenti əlavə edib: Heç kəs böyük İran xalqının, o da ki, Azərbaycanın və böyük Təbrizin qəhrəman əhalisinin emosiyaları ilə oynaya bilməz
Ruhani sonra deyib: Bütün ətrafımızın və regionumuzun ixtilaf və müharibə alovunda yandığı bir zamanda bizim İranımızda böyük İran xalqının şücaəti və birliyi ilə nəinki bütün ölkə boyu sabitlik və dinclik hökm sürür, həm də region xalqları müqəddəs İran İslam Respublikası Quruluşuna və böyük İran xalqına ümid bəsləyirlər və biz imkan daxilində xalqın dincliyi, sabitliyi və təhlükəsizliyi yolunda addım atmışıq.
İran İslam Respublikası prezidenti deyib: Biz bu gün beynəlxalq səhnədə olduqca mühüm bir nöqtəyə çatmışıq və bu gün dünya səviyyəsində İranofobiyaya üstün gəlməkdəyik.
Cənab Ruhani əlavə edib: Bu gün beynəlxalq səhnədə sizin müzakirələr və diplomatiya üzrə nümayəndələriniz İran xalqı üçün qürur və iftixar gətiriblər. Və siz bilin ki, bu müzakirələrin sonu Allah-Taalanın köməkliyi ilə böyük İran xalqı üçün iftixar olacaqdır.
Bəyəndim - 
Şərh - 
Paylaş - 
E-mail - 
Pdf formatında yüklə - 
Çap et
Tarix: 2015-05-20 12:24:38 | Kateqoriya: İran | İzlənilib: 236 | Bəyənib: 0