Bazar Ertəsi 28 May 2018
Yenilənib Şənbə 23 May
Şrift ölçüsü :  

İranın müdafiə naziri və İraq parlamentinin sədri görüşüblər

İranın müdafiə naziri və İraq parlamentinin sədri İraq olayları və İŞİD terrorçuları ilə müharibə haqda danışıblar. Səhər kanalının məlumatına görə, İraq parlamenti məkanında İranın müdafiə naziri və onunla yanaşı olan heyəti qarşılayan bu ölkə parlamentinin sədri Səlim Əlcəburi general-mayor Hüseyn Dehqanla İraqın təhlükəsizlik və hərbi durumu və İŞİD terrorçuları ilə müharibə haqda danışıb.
İranın müdafiə naziri İŞİD, ifratçı və terrorçu qruplarla mübarizədə İraqın səylərinin İran tərəfindən dəstəkləndiyini deyib.
General-mayor Hüseyn Dehqan İraqa üçgünlük səfərində həmin ölkənin prezidenti Fuad Məsum, baş naziri Heydər Əlibadi və müdafiə naziri Xalid Əlubəydi ilə görüşüb.
Dehqan dünən də öz iraqlı həmkarı ilə ikinci dəfə görüşüb və onunla hərbi həmkarlıqlar haqda danışıb.
Bəyəndim - 
Şərh - 
Paylaş - 
E-mail - 
Pdf formatında yüklə - 
Çap et
Tarix: 2015-05-20 11:07:30 | Kateqoriya: İran | İzlənilib: 181 | Bəyənib: 0