Şənbə 20 Oktyabr 2018
Yenilənib Şənbə 23 May
Şrift ölçüsü :  

İranın müdafiə naziri Nəcəfi-Əşrəfə daxil olub

İranın müdafiə naziri və onunla yanaşı olan heyət İraqın Nəcəfi-Əşrəf şəhərinə daxil olub. Səhər kanalının məlumatına görə, İranın müdafiə naziri general-mayor Hüseyn Dehqan İraqa rəsmi səfərinin davamında bu gün səhər Nəcəfi-Əşrəf şəhərinə daxil olub.
İranın müdafiə naziri İraqa üçgünlük səfərdə həmin ölkənin prezidenti, baş naziri, silahlı qüvvələrinin baş komandanı, parlament sədri və parlamentin təhlükəsizlik və müdafiə komissiyasının üzvləri, xarici və daxili işlər nazirləri, Ali İslami Məclisin sədri və İraqın bir qrup siyasi şəxsiyyəti ilə görüşüb.
General-mayor Hüseyn Dehqan bazar ertəsi günü yüksək rütbəli müdafiə-hərbi heyətlə İraqa üçgünlük səfər məqsədilə paytaxt Bağdada daxil olub.
Bəyəndim - 
Şərh - 
Paylaş - 
E-mail - 
Pdf formatında yüklə - 
Çap et
Tarix: 2015-05-20 09:14:05 | Kateqoriya: İran | İzlənilib: 171 | Bəyənib: 0