Bazar Ertəsi 28 May 2018
Yenilənib Şənbə 23 May
Şrift ölçüsü :  

Əl-Müəllim terrorizmlə müharibədə Tehranın mövqeyini alqışladı

Suriya xarici işlər naziri İslam İnqilabının Böyük Rəhbəri və İran İslam Respublikasının digər rəsmilərinin silahlı terrorçu qruplaşmalara qarşı müharibədə Suriyanı dəstəkləmək istiqamətində olan mövqeyini alqışlayıb və deyib: Bu mövqe terrorçuların hücumu qarşısında Suriya xalqı və dövlətinin müqavimətini gücləndirir. Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, Vəlid əl-Müəllim bu sözləri İslam İnqilabının Böyük Rəhbərinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti ilə görüşdə bəyan edib.
Əl-Müəllim Türkiyə, Ərəbistan, Qətər və İordaniya kimi bəzi region ölkələrinin təkfirçi terror qruplaşmalarını dəstəkləmələrini kəskin şəkildə qınayıb.
Terrorçuları dəstəkləyən ölkələri Qərb ölkələrinin regiondakı avantürist planlarının icraçısı adlandıran suriyalı nazir əlavə edib: Türkiyə, Səudiyyə Ərəbistanı və Qətər kimi ölkələr Suriya qarşılığında məhvedici siyasətləri, eləcə də sionist-amerikalı siyasətlərin məşum məqsədlərinə külli miqdarda vəsait sərf ediblər.
Bu məlumata görə, Vilayəti də bu görüşdə xatırladıb6 Suriya əleyhinə hərtərəfli müharibə buna görədir ki, Suriya müqavimətin ön cəbhəsində durur və düşmənlər Suriyaya zərbə vurmaqla müqavimət zəncirini qırmağa çalışırlar.
İki tərəf həmçinin bu görüşdə Cenevrə və Moskva planına əsasən Suriya böhranından xilas olmaq məqsədilə siyasi həll yolun əldə olunması üçün həyata keçirilən səyləri araşdırıb və bu böhranın yeganə xilas yolunu suriyalı-suriyalı danışıqlar adlandırıblar.
Bəyəndim - 
Şərh - 
Paylaş - 
E-mail - 
Pdf formatında yüklə - 
Çap et
Tarix: 2015-05-19 20:40:16 | Kateqoriya: İran | İzlənilib: 180 | Bəyənib: 0