Bazar Ertəsi 21 May 2018
Yenilənib Şənbə 23 May
Şrift ölçüsü :  

Laricani: İran əleyhinə sanksiya Qərbin strateji yanlışlığı idi

İran İslam Şurası Məclisinin sədri deyib: İran əleyhinə Qərbin sanksiya tətbiq etmək siyasəti strateji yanlışlıq idi. Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, İran parlamentinin sədri Əli Laricani bu gün çərşənbə axşamı günü Serbiyanın baş nazirinin müavini və ticarət, rabitə və turizm naziri ilə Tehranda görüşdə İran və 5+1 Qrupunun müzakirələrinə toxunaraq əlavə edib: İran əleyhinə sanksiyanın tətbiq etmək siyasəti Qərb tərəfindən yürüdülən yanlış strategiya idi. Çünki bu hərəkətlər İranı sülhməramlı nüvə biliyindən istifadə üzrə öz qanuni haqqını izləməsindən vaz keçirə bilmədi.
Əli Laricani terrorizm nəhs fenomeni ilə səthi davranışı tənqid atəşinə tutaraq deyib: Beynəlxalq, o cümlədən Avropa Birliyi ilə əməkdaşlıqla bu məşum fenomenin qarşısını almaq zəruridir və ümidvarıq ki, Avropa Birliyi bu istiqamətdə təsirli rolu oynayacaq.
Serbiyanın baş nazir müavini və ticarət, rabitə və turizm naziri Rasim Lyayiç də deyib: Serbiya region və dünyanın önəmli ölkəsi olan İranla əlaqələri genişləndirməkdə maraqlıdır.
Amerikanın və bəzi Qərb qüdrətlərinin ölkələrlə davranışda ikili standartlarını tənqid edən Lyayiç xatırladıb: Serbiya İran kimi müxtəlif məsələlərdə Qərbin ikili standartları ilə qarşı-qarşıyadır.
Bəyəndim - 
Şərh - 
Paylaş - 
E-mail - 
Pdf formatında yüklə - 
Çap et
Tarix: 2015-05-19 20:39:21 | Kateqoriya: İran | İzlənilib: 143 | Bəyənib: 0