Cümə 25 May 2018
Yenilənib Şənbə 23 May
Şrift ölçüsü :  

Terrorizm və ifratçılıqla mübarizə Vilayətinin Əsədlə məşvərətinin mehvəri

İslam İnqilabının Böyük Rəhbərinin müşaviri deyib ki, Suriya dövləti və xalqının müqaviməti müqavimət cəbhəsini daha yaxşı mövqedə qoyub. IRIB-nin məlumatına görə, İslam İnqilabının Böyük Rəhbərinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti bu gün Livandan Suriyanın paytaxtına yola düşüb və bu ölkə prezidenti ilə görüşüb.
Vilayəti bu görüşdə deyib ki, Suriya dövləti və xalqının müqaviməti və müqavimət cəbhəsinin təyinedici rolu nəticəsində bu gün Suriya böhranın əvvəlinə nisbətən daha yaxşı mövqedə durub.
Vilayəti bildirib ki, Suriya 4 ildən çox müqavimət göstərib və günbəgün onun qüdrəti artıbdır. O, qeyd edib ki, bəzi region və regiondan kənar ölkələrin terror qruplarını təlimləndirmək və təchiz etmək üzrə hərəkətləri onların özlərini problemlə üzləşdirəcək və onların regiona yiyələnmək və bəzi ölkələr arasında təfriqə salmaq və hətta onları parçalamaq üzrə xülyaları heç vaxt çin olmayacaq.
O, İranın həmişə Suriya dövləti və xalqının kənarında olacağını bildirərək, deyib ki, regionun müqavimətli ölkələri- İran, Livan, Suriya və İraq təkfirçi qruplar və regionda təfriqəsalma təfəkkürləri ilə mübarizədə qalib gələcəklər.
Suriya prezidenti Bəşşar Əsəd də Suriya dövləti və xalqının müqavimətini dəstəklədiklərinə görə, İslam İnqilabının Böyük Rəhbərinə, İranın rəsmiləri və xalqına təşəkkür edərək, bildirib ki, regionda müqavimət mehvəri formalaşıb və heç kəs onu məğlub etməyə qadir deyil.
Bəşşar Əsəd söyləyib ki, terrorizm, bəzi region qüdrətləri, təfriqəsalma təfəkkürləri və ifratçılıq üzərində qələbə İran və Suriyanın qələbəsidir.
Bundan öncə Əli Əkbər Vilayəti dünən xüsusi qonaq və Fələstin üçün İslam Dünyasının din alimlərinin konfransının bağlanış mərasiminin natiqi kimi Fələstinə Qayıdış üzrə Ümumdünya Assambleyasının dəvəti ilə Livana səfər etmiş və bu səfərdə Livan Hizbullahının baş katibi Seyid Həsən Nəsrullah, Livan məclisinin sədri Nəbih Berri, baş naziri Tamam Salam, Livan Milli Azad Cərəyanı Partiyasının sədri Mişel Oun ilə görüşmüşdü.
Bəyəndim - 
Şərh - 
Paylaş - 
E-mail - 
Pdf formatında yüklə - 
Çap et
Tarix: 2015-05-19 16:16:20 | Kateqoriya: İran | İzlənilib: 188 | Bəyənib: 0