Bazar Ertəsi 24 Sentyabr 2018
Yenilənib Şənbə 23 May
Şrift ölçüsü :  

İran Yəməndə atəşkəsin müddətinin uzadılmamasından təəssüflənib

İran Xarici İşlər Nazirliyinin sözçüsü Yəməndə atəşkəsin müddətinin uzadılmamasından təəssüflənib. Səhər Beynəlxalq Televiziyasının İRNA-ya istinadla verdiyi məlumata görə, İran XİN sözçüsü Mərziyyə Əfxəm çərşənbə axşamı günü Yəməndə insan vəziyyətini faciəvi adlandırıb və deyib: Yəmənə təcavüzdə iştirak edən ölkələrin BMT baş katibi və digər beynəlxalq dairələrin atəşkəs müddətinin uzadılmasına dair çağırışına müsbət cavab verməməsi çox təəssüfləndirici haldır.
Mərziyyə Əfxəm əlavə edib: Hətta elan olunan 5 günlük atəşkəs müddətində Yəmənə təcavüzdə iştirak edən ölkələr bu ölkəyə humanitar yardımların daxil olmasına mane olmaqdan əlavə atəşkəsi dəfələrlə pozdular və günahsız və müdafiəsiz Yəmən vətəndaşlarını hava bombardmanlarına məruz qoydular.
İran XİN sözçüsü bildirib: Ötən iki aya yaxın dövrdə Yəmənin müxtəlif bölgələrinin davamsız şəkildə bombalanması acınacaqlı şərait yaradıb və Yəməndə milyonlarla uşaq, qoca və gənc təcili tibbi, dərman pereparatı və ərzağa ehtiyaclıdır.
Əfxəm bir daha beynəlxalq dairələrdən istəyib ki, daha ciddiliklə Yəmən xalqına qarşı koalisiyaya təzyiqi artırmaqla beynəlxalq aidiyyəti orqanların nəzarəti ilə humanitar yardımların Yəmənə daxil olması üçün təhlükəsiz yolun təmin olunması və hücumların dayandırılmasını izləsinlər.
Təxminən 2 aydır ki, Ərəbistan bir qrup ölkələrlə birlikdə "Kəskin Tufan" adlı əməliyyat çərçivəsində Yəmən vətəndaşlarını hava hücumlarına məruz qoyur.
Yəmən xalqına qarşı bu koalisiya bu müddət ərzində humanitar yardımların Yəmən xalqına göndərilməsinin qarşısını da almışdır.
Bəyəndim - 
Şərh - 
Paylaş - 
E-mail - 
Pdf formatında yüklə - 
Çap et
Tarix: 2015-05-19 15:23:55 | Kateqoriya: İran | İzlənilib: 243 | Bəyənib: 0