Cümə 25 May 2018
Yenilənib Şənbə 23 May
Şrift ölçüsü :  

İlkin mətnin yazılışı sabah Vyanada davam etdiriləcək

İranın baş nüvə müzakirəçiləri yekun nüvə razılaşmasının ilkin mətnin yazılışının davam etdirilməsi üçün çərşənbə Vyanada Avropa Birliyinin xarici siyasət üzrə məsul şəxsinin müavini ilə görüşəcəklər. Səhər kanalının məlumatına görə, Seyid Abbas İraqçı və Helqa Şmidt yekun nüvə razılaşmasının ilkin mətnin yazılışı üçün çərşənbə günü görüşəcəklər.
Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov və Çin nümayəndəsi Vanq Çun bildiriblər ki, Vyana müzakirələrinin bu dövründə altılığın xarici işlər nazirlərinin müavinləri iştirak etməyəcəklər.
Vyana müzakirələrinin bu dövründə İraqçı, Təxt Rəvançı və Şmidt arasında iclaslar keçiriləcək və onlar yekun nüvə razılaşmasının ilkin mətni üzərində işləyəcəklər.
İraqçı ötən həftə Vyanada 4 gün müzakirənin sonunda dedi: Biz minimum daha iki həftə müavinlər səviyyəsində işləməliyik ki, sonradan lazım olarsa, nazirlər bir daha iclasa daxil olsunlar.
Bəyəndim - 
Şərh - 
Paylaş - 
E-mail - 
Pdf formatında yüklə - 
Çap et
Tarix: 2015-05-19 11:54:04 | Kateqoriya: İran | İzlənilib: 219 | Bəyənib: 0