Bazar Ertəsi 28 May 2018
Yenilənib Şənbə 23 May
Şrift ölçüsü :  

Əframaks gəmisi 5 iyunda suya buraxılacaq

Venesuelanın sifarişi ilə Buşehrin Sədra sənaye adasında istehsal olunan Əframaks gəmisi 5 iyunda suya buraxılacaq. Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, İranın Dəniz Sənayesi Ali Şurası katibliyinin sədri deyib: 113 min ton tutumlu Əframaks gəmisi 5 iyunda yekun sınaq üçün suya buraxılacaq və sınaq mərhələləri keçdikdən sonra Venesuelaya təhvil veriləcək.
İran istehsalı olan bu gəminin 250 metr uzunluğu, 44 metr eni, 21 metr hündürlüyü və 21 min ton çəkisi vardır.
Əhməd Rəfət əlavə edib: Bu gəminin istehsalında iranlı qüvvələr və mütəxəssislərdən istifadə olunub.
İran və Venesuela arasında 4 Əframaks neft tankerinin istehsalı müqaviləsi 2007-ci ildə imzalanıb.
Bəyəndim - 
Şərh - 
Paylaş - 
E-mail - 
Pdf formatında yüklə - 
Çap et
Tarix: 2015-05-19 10:28:07 | Kateqoriya: İran | İzlənilib: 191 | Bəyənib: 0