Bazar Ertəsi 24 Sentyabr 2018
Yenilənib Şənbə 23 May
Şrift ölçüsü :  

Tehranda əfqan miqrantların strateji komitəsinin iclası işə başladı

Əfqan miqrantların strateji komitəsinin 4-cü iclası İran, Pakistan, Əfqanıstan nazirləri və BMT-nin Miqrantların məsələləri üzrə Ali Komissarlığının nümayəndələrinin iştirakı ilə Tehranın Azadi otelində işə başlayıb. Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, bu iclasda əfqan miqrantların könüllü olaraq qayıtmaları üçün strateji həll yolları, eləcə də bu həll yollarının həyata keçməsi barədə danışıqlar aparılacaq.
İranın daxili işlər naziri Əbdürrza Rəhmani Fəzli, Əfqanıstanın miqrantlar və ölkəyə qayıdanların məsələləri üzrə naziri Seyid Hüseyn Alimi Bəlxi, Pakistanın vilayətlər və sərhəd bölgələri naziri general Əbdülqadir Bəluç və BMT-nin Miqrantların məsələləri üzrə Ali Komissarlığının Asiya və Okeaniya idarəsinin baş direktoru Dizi Dil bu iclasda iştirak edirlər.
Bəyəndim - 
Şərh - 
Paylaş - 
E-mail - 
Pdf formatında yüklə - 
Çap et
Tarix: 2015-05-19 09:04:01 | Kateqoriya: İran | İzlənilib: 249 | Bəyənib: 0