Çərşənbə Axşamı 25 Sentyabr 2018
Yenilənib Şənbə 23 May
Şrift ölçüsü :  

Macarıstan xarici işlər nazirinin İran rəsmiləri ilə görüşləri - Reportaj

İran prezidenti Tehranda Macarıstan xarici işlər və ticarət naziri ilə görüşdə iki ölkə münasibətlərinin genişlənməsini dəstəkləyərək, deyib ki, İran və Macarıstan Yaxın Şərq və Mərkəzi Avropa arasında əlaqə körpüsü ola bilər. İran prezidenti Həsən Ruhani dünən yüksək səviyyəli siyasi və iqtisadi heyətlə Tehrana səfər etmiş Macarıstan xarici işlər və ticarət naziri Peter Szijjarto ilə görüşdə iki ölkə həmkarlıqlarının genişlənməsi imkanlarına toxunaraq, Tehranın bütün sahələrdə Budapeştlə əlaqələri genişləndirməyə hazır olduğunu bildirib.
İran prezidenti deyib ki, İran Yaxın Şərq, Fars Körfəzi və İslam dünyasında, Macarıstan da Mərkəzi və Şərqi Avropada təsirlidirlər. O, deyib ki, mövcud imkanlar iki ölkə əlaqələrinin yüksəlməsindən əlavə, bu iki coğrafi məkanı da bir-birinə yaxınlaşdıra bilər.
Macarıstan xarici işlər və ticarət naziri də mühüm Yaxın Şərq məntəqəsi və onun Avropa daxil olmaqla digər məntəqələrə olan təsirlərinə işarə edərək, deyib ki, İran və Avropa arasında ortaq maraqlar mövcuddur və Macarıstan dövləti inanır ki, İranın iştirakı olmadan Yaxın Şərq problemləri üçün stabil həll yolu olmayacaq.
Macarıstan xarici işlər və ticarət naziri İranın xarici işlər naziri ilə də görüşdə ikitərəfli əlaqələrin genişləndirilməsi yolları, beynəlxalq və regional məsələlər barədə məşvərət edib.
Məhəmməd Cavad Zərif də bu görüşdə iki ölkənin tarixi əlaqələrini qarşılıqlı münasibətlərin inkişafı üçün bir sərmayə adlandırıb, belə ki, imkanlar məcmusundan ikitərəfli münasibətləri genişləndirmək məqsədilə maksimum istifadə etmək mümkün olmuş olsun. Zərif region, xüsusən, Yəmən, Suriya, İraq və Əfqanıstan olaylarına toxunaraq, İranın regional münaqişələrin həlli üzrə diqqət yetirdiyi layihələrin müzakirə və xarici müdaxilə olmadan dinc üsullardan istifadəyə əsaslandığını bildirib və vurğulayıb ki, digər metodlar ekstremizm və terrorizmin güclənməsinə səbəb olacaq.
Macarıstan xarici işlər və ticarət naziri öz iranlı həmkarı ilə görüşdə Yaxın Şərq məntəqəsindəki münaqişələrdən nigaranlıq edərək, dinc üsullar və müzakirəyə söykənən siyasi dilaloqa təkid edib və belə əlavə edib: Müxtəlif ölkələr münaqişə tərəfləri arasında dialoqu təşviq və himayə etməlidirlər.
Tərəflər habelə müştərək mətbuat konfransında texniki, infrastrukturlar, texniki xidmətlər mübadiləsi, elmi, mədəni, universitet və nüvə texnologiyası əməkdaşlıqları sahələrində qarşılıqlı münasibətlərin gücləndirilməsini vurğulayıblar.
Macarıstan xarici işlər və ticarət naziri sonra İran İslam Şurası Məclisinin sədr əvəzedicisi Həsən Əbuturabifərd ilə gə görüşüb.
İran İslam Şurası Məclisinin sədr əvəzedicisi bu görüşdə deyib ki, İranın nüvə müzakirələrindəki şəffaflığına və İran ilə altılıq arasındakı razılaşmanın hüquqi cəhətlərinin aydın olmasına görə, təyin olunmuş möhlətədək yekun razılaşmaya çatmanın Amerika və digər müzakirə tərəflərinin iradəsi və ciddiliyindən asılı olduğunu bildirib.
Macarıstan xarici işlər və ticarət naziri də bu ölkə parlamentində Macarıstan-İran dostluq qrupunun yaradıldığını bildirərək, Budapeştin Tehranla münasibətləri gücləndirməyə maraqlı olduğunu vurğulayıb.

Bəyəndim - 
Şərh - 
Paylaş - 
E-mail - 
Pdf formatında yüklə - 
Çap et
Tarix: 2015-05-19 07:19:15 | Kateqoriya: İran | İzlənilib: 159 | Bəyənib: 0