Cümə Axşamı 24 May 2018
Yenilənib Şənbə 23 May
Şrift ölçüsü :  

Çili xarici işlər nazirinin müavini iranlı həmkarı ilə görüşüb

İran xarici işlər nazirinin Ərəb və Afrika ölkələri üzrə müavini bildirib: Terrorizmlə mübarizə dünya ölkələrinin kollektiv səyinə ehtiyaclıdır. Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, Hüseyn Əmir Abdullahian bazar ertəsi günü Tehranda Çili xarici işlər nazirinin siyasi məsələlər üzrə müavini ilə görüşdə iki ölkənin müsbət əməkdaşlığı, Fələstin və Yəmən xalqlarının dəstəklənməsində Çilinin müsbət mövqeyinə toxunaraq deyib: Ərəb dünyasında İslami Oyanışın baş verməsindən sonra bəzi oyunçular region prosesləri və xalqların haqlı tələbləri qarşısında konstruktiv mövqe nümayiş etdirmədilər. Təəssüfləndirici haldır ki, terrorizm vasitəsindən istifadə etməyə üz tutdular. Bu rəftarlar isə region və dünyanın təhlükəsizliyinə hədədir.
Çili xarici işlər nazirinin siyasi məsələlər üzrə müavini Alfredo Labe Viya da İran İslam Respulbikası ilə regional məsləhətləşmələri müsbət qarşılayaraq deyib: İranın regionun təhlükəsizliyinin qorunmasında önəmli rolu vardır və Çili Yaxın Şərqdə ixtilafların dinc yolla həlli, güc vasitəsinin tətbiq olunmaması və diplomatik danışıqlarla çözülməsini vurğulayır.
Bəyəndim - 
Şərh - 
Paylaş - 
E-mail - 
Pdf formatında yüklə - 
Çap et
Tarix: 2015-05-19 07:10:42 | Kateqoriya: İran | İzlənilib: 178 | Bəyənib: 0