Cümə 25 May 2018
Yenilənib Şənbə 23 May
Şrift ölçüsü :  

İnqilab Rəhbəri İranın taekovando üzrə yığmasını təbrik etdilər

İranın taekovando üzrə yığma komandasının Rusiyada keçirilən Dünya Çempionatında çempion olması ardınca, İslam İnqilabının Böyük Rəhbəri təbrik müraciətində yığma komandanın üzvlərini təbrik edib və alqışlayıblar. Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahülüzma Xameneinin İranın taekovando üzrə yığma komandasının üzvlərinə təbrik müraciətində bildirilir: Taekovando üzrə dünya çempionluğunu əldə etməyiniz və İran İslam Respublikasının müqəddəs bayrağını bir daha dalğalandırmağınız münasibəti ilə sizi təbrik edirəm.
İran yığma komandası Rusiyada keçirilən taekovando üzrə 22-ci Dünya Çempionatında 3 qızıl, 2 bürünc medal və 65 xalla dünya çemipionu oldu.
İran İslam Respublikası prezidenti də bir müraciətdə taekovando üzrə yığma komandanın dünya çempionluğunu qazanması münasibəti ilə İranın əziz xalqı, əxlaqlı çempionları və yığma komandanın məşqçiləri və işçilərini təbrik edib.
Bəyəndim - 
Şərh - 
Paylaş - 
E-mail - 
Pdf formatında yüklə - 
Çap et
Tarix: 2015-05-19 06:34:10 | Kateqoriya: İran | İzlənilib: 246 | Bəyənib: 0