Çərşənbə Axşamı 25 Sentyabr 2018
Yenilənib Şənbə 23 May
Şrift ölçüsü :  

Azərbaycan Respublikasında "Besət" bayramı mərasimləri

İslam Peyğəmbərinin(s.ə.s) peyğəmbərliyə təyin olunmasının ildönümü günü, "Besət" bayramı münasibətilə Bakıda, İran səfirliyinin Şəhriyar mədəniyyət evində iranlılar və Azərbaycan vətəndaşlarının iştirakı ilə xüsusi tədbir keçirilib. Şənbə günü keçirilən bu mərasimdə Vəli Fəqihin Qərbi Azərbaycan üzrə nümayəndəsi və Urmiyənin imam cüməsi Höccətülislam vəlmüslimin Seyid Mehdi Qüreyşi İslam peyğəmbərini bəşəriyyəti cəhalət və qaranlıqdan xilas edən şəxs adlandırıb və deyib: İslam peyğəmbərinin(s.ə.s) nurlu vücudu Quran Kərimdə də qeyd olunduğu kimi müsəlmanlar üçün xeyirxahlıq və mehribanlıq nümunəsidir və o həzrətin davamçıları İslam peyğəmbərinin həyat tərzini nümunə qərar verərək, öz gündəlik həyatlarında ona uyğun davranmalıdırlar.
Vəli Fəqihin Azərbaycan Respublikasındakı nümayəndəsi höccətülislam vəlmüslimin Əli Əkbər Ocaqnejad da bu mərasimdə Besətin fəlsəfəsinə işarə edərək, peyğəmbərlərin göndərilməsində məqsədin insanlara doğru yolu göstərməyin olduğunu bildirib.
Bu mərasimdaə "İlahi Nəğmələr" musiqi qrupu da İslam peyğəmbərinin(s.ə.s) və İmam Əlinin(ə) vəsfində bir neçə musiqi parçası ifa edib.
Bəyəndim - 
Şərh - 
Paylaş - 
E-mail - 
Pdf formatında yüklə - 
Çap et
Tarix: 2015-05-17 11:15:29 | Kateqoriya: Azərbaycan | İzlənilib: 176 | Bəyənib: 0