Bazar Ertəsi 28 May 2018
Yenilənib Şənbə 23 May
Şrift ölçüsü :  

Azərbaycanla İran dini radikalizmə qarşı birləşir

Mayın 15-də Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı İranın Bakıdakı fövqəladə və səlahiyyətli səfiri Möhsün Pakayinlə görüşdə dini radikalizmə qarşı birgə layihələrin həyata keçirilməsini vurğulayıb. Dini Komitədən FaktXəbər-ə verilən məlumata görə, Mübariz Qurbanlı İran İslam Respublikasına rəsmi səfəri haqqında danışaraq, səfərin yüksək səviyyədə təşkilinə görə səfir Möhsün Pakayinə öz minnətdarlığını bildirib.
Komitə sədri bildirib ki, İranda müxtəlif məsələlər və layihələrlə bağlı çox səmərəli müzakirələr keçirilib. O cümlədən, dini radikalizmə və ekstremizmə qarşı mübarizədə birgə layihələr həyata keçirmək, dini təhsil sahəsində təcrübə mübadiləsi və İslam dini ilə bağlı maarifçilik fəaliyyətinin genişləndirilməsi barədə fikir mübadiləsi aparılıb.
Görüşdə İran səfiri Möhsün Pakayin qeyd edib ki, Azərbaycan və İran arasında qarşılıqlı etimad və dostluq münasibətləri bundan sonra da davam edəcək.

Bəyəndim - 
Şərh - 
Paylaş - 
E-mail - 
Pdf formatında yüklə - 
Çap et
Tarix: 2015-05-15 19:55:21 | Kateqoriya: Azərbaycan | İzlənilib: 90 | Bəyənib: 0