Çərşənbə 23 May 2018
Yenilənib Şənbə 23 May
Şrift ölçüsü :  

Prezident Əliyevdən iş adamlarına xəbərdarlıq

Azərbaycan Respublikası prezidenti bildirib ki, iş adamları öz işini qanun çərçivəsində təşkil etsinlər. APA-nın məlumatına görə, Prezident İlham Əliyev ötən gün Bakıda keçirilən Azərbaycan-Vyetnam biznes forumunda çıxışı zamanı deyib: “Mən Azərbaycanın iş adamları ilə mütəmadi qaydada görüşlər keçirirəm, onlara siyasi dəstəyimi verirəm. İş adamlarından yeganə tələbim ondan ibarətdir ki, onlar öz işini qanun çərçivəsində təşkil etsinlər.
Əliyev vurğulayıb ki, belə olan halda heç kimin problemi olmayacaq. Azərbaycanda hüquqi dövlət qurulur və bütün məsələlər öz həllini qanun çərçivəsində tapmalıdır.
Mayın 13-də xəbər yayıldı ki, “Beynəlxalq Bank işi”nə görə 70-ə yaxın iş adamının istintaqa çağırıldığı bildirilir. Bəzi oliqarxlara qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq - külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi açılıb. Bəzilərinin barəsində həbs-qətimkan tədbiri seçilib.
Azərbaycanda bir qrup iş adamının saxlanılması və həbsinə münasibət bildirən Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov bildirib ki, İş adamları müəyyən əməllər üzrə ittiham olunur. Araşdırmalar, məhkəmə prosesləri göstərəcək ki, bu insanlar öz bizneslərini Azərbaycanın mövcud qanunvericiliyi çərçivəsində aparıblar, yoxsa yox.

Bəyəndim - 
Şərh - 
Paylaş - 
E-mail - 
Pdf formatında yüklə - 
Çap et
Tarix: 2015-05-15 17:38:05 | Kateqoriya: Azərbaycan | İzlənilib: 136 | Bəyənib: 0