Çərşənbə Axşamı 25 Sentyabr 2018
Yenilənib Şənbə 23 May
Şrift ölçüsü :  

Atəşkəs yenə pozuldu

Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 91 dəfə pozublar. Səhər beynəlxalq telekanalı Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin məlumatına istinadla xəbər verir ki, Ermənistan Respublikasının Berd rayonunun Ayqepar kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli kəndində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən Azərbaycan Respublikasının mövqeləri atəşə tutulub.
Tərtər rayonunun Göyarx, Ağdam rayonunun Sarıcalı, Şuraabad, Cəvahirli, Şıxlar, Şirvanlı, Qaraqaşlı, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz, Qorqan, Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin mövqeləri atəşə məruz qalıb.
Qarşı tərəf cavab atəşi ilə susdurulub.

Bəyəndim - 
Şərh - 
Paylaş - 
E-mail - 
Pdf formatında yüklə - 
Çap et
Tarix: 2015-05-14 09:37:43 | Kateqoriya: Azərbaycan | İzlənilib: 77 | Bəyənib: 0