Cümə Axşamı 24 May 2018
Yenilənib Şənbə 23 May
Şrift ölçüsü :  

İran və Azərbaycan media rəsmilərinin görüşündə media əməkdaşlığı vurğulanıb

İran İslam Respublikasının Teleradio Təşkilatının sərhədaşırı yayım üzrə sədr müavini Bakı səfərinin davamında dünən axşam Azərbaycan Respublikasının ATV kanalının direktoru ilə görüşüb və müştərək həmkarlıqlar barədə danışıb. Cənab Məhəmməd Əxgəri bu görüşdə İran İslam Respublikasının Teleradio Təşkilatının sərhədaşırı kanallarının yüksək imkanına toxunaraq, deyib: İki ölkə bir çox ortaqlığa malikdir və iki ölkə arasında media əməkdaşlığı üçün yaxşı potensial mövcuddur və azərbaycanlı qardaşlarımızla bu sahədə həmkarlığa maraqlıyıq.
İran İslam Respublikası Teleradio Təşkilatının sərhədaşırı yayım üzrə sədr müavini təşkilatın o zamankı sədri cənab Zərqaminin Bakı səfərinə və əldə olunmuş razılıqlara toxunaraq, İranın Azərbaycan mediaları ilə film və serial mübadiləsinə hazır olduğunu bildirib və belə deyib: Ümid edirik ki, bu səfər iki ölkə arasında media əməkdaşlıqlarının güclənməsinə kömək edəcək.
Vüqar Qaradağlı da bu görüşdə qonaqları salamlayaraq, bu kanalın fəaliyyəti barədə məlumat verib və belə deyib: Xəbər sahəsində memorandum imzalamaqla İranın Teleradio Təşkilatı ilə əməkdaşlığa hazırıq.
İran İslam Respublikası Teleradio Təşkilatının sərhədaşırı yayım üzrə sədr müavini həmçinin İmam Rza (ə)-ın bacısı Həkimə Xatun (s.ə)-nın məzarını ziyarət edib.
Bəyəndim - 
Şərh - 
Paylaş - 
E-mail - 
Pdf formatında yüklə - 
Çap et
Tarix: 2015-05-13 12:43:40 | Kateqoriya: Azərbaycan | İzlənilib: 116 | Bəyənib: 0