Çərşənbə 12 Dekabr 2018
Yenilənib Şənbə 23 May
Şrift ölçüsü :  

İran Teleradio Təşkilatının sədr müavini Azərbaycan rəsmiləri ilə görüşüb

İran İslam Respublikasının Teleradio Təşkilatının sərhədaşırı yayım üzrə sədr müavini Bakıda Azərbaycan Respublikası Prezident Administrasiyasının Siyasi-İctimai Şöbəsinin müdir müavinləri Ərəstun Mehdiyev və Vüqar Əliyevlə görüşüb. Məhəmməd Əxgəri bu görüşdə iki ölkə medialarının iki tərəf münasibətlərinin gücləndirilməsindəki roluna toxunaraq, ümidvarlıq edib ki, iki ölkə medialarının fəaliyyəti iki ölkə münasibətlərinin güclənməsi və iki ölkənin yaxınlaşmasına kömək edəcək.
İran İslam Respublikasının Teleradio Təşkilatının sərhədaşırı yayım üzrə sədr müavini habelə qarşıdakı günlərdə Azəri Səhər kanalının mədəni-ictimai sahədə fəaliyyətinin 24 saatlıq yayıma keçəcəyinə toxunaraq, ümidvarlıq edib ki, bu kanalın fəaliyyətinin genişlənməsi iki xalqın dostluqlarının möhkəmlənməsinə xidmət edəcək.
O, deyib: Bu kanal xəbər, təlim və elmi reportajlar, animasiya filmləri, sənədli filmlər, serial, bədii filmlərin yayılması üçün münasib zəmin yaradacaq.
Azərbaycan Respublikası Prezident Administrasiyasının Siyasi-İctimai Şöbəsinin müdir müavinləri Ərəstun Mehdiyev də iki dost, qonşu və qardaş ölkənin ortaq tarixi və mədəniyyətinə toxunaraq, deyib: İki ölkə mediaları mövcud bağlılıqlaın möhkəmlənməsi, iki xalqın yaxınlığı və əlaqələrinin möhkəmlənməsinə səy göstərməlidirlər.
Ərəstun Mehdiyev tərəflər arasında əməkdaşlıq iradəsinin mövcudluğuna işarə edərək, İranın Teleradio Təşkilatının sabiq sədri cənab Zərqaminin Bakı səfərində əldə olunmuş razılaşmaların icrası üçün müştərək iş komitəsinin təşkili və fəaliyyətinin vacibliyini vurğulayıb və deyib: Azərbaycanın əlaqədar orqanları bu sahədə həmkarlığa hazırdırlar.
Qeyd edək ki, İran İslam Respublikasının Teleradio Təşkilatının sərhədaşırı yayım üzrə sədr müavinini Bakı səfərində Səhər Beynəlxalq Telekanalının müdiri və bu kanalın Azəri Televiziyasının müdiri müşayiət edirlər.


Bəyəndim - 
Şərh - 
Paylaş - 
E-mail - 
Pdf formatında yüklə - 
Çap et
Tarix: 2015-05-13 11:34:00 | Kateqoriya: Azərbaycan | İzlənilib: 276 | Bəyənib: 0